Bepanten® Krem

Bepanten® Krem
Bepanten Krem dəri quruluğunun müalicəsi və profilaktikası üçün çoxfunksiyalı vasitədir.
İstifadəsinə dair göstərişlər
Dərinin quruluğunun onun örtüyünün bütövlüyünün pozulması, o cümlədən müxtəlif mənşəli dermatitlərin nəticəsi olaraq profilaktikası və müalicəsi, həmçinin xarici amillərin (üz, əllər) ən çox təsirinə məruz qalan dəri örtüklərinin sahələrinə gündəlik qulluq. Körpənin (tərləmiş yerlər və "uşaq bələyi" dermatiti zamanı) və ana südü ilə əmizdirən ananın (laktasiya dövründə süd vəzisinə qulluq: məmələrin quruluğunun və ağrılı çatlaqların müalicəsi) müalicəsi və dəriyə qulluq.
Tərkibi
1 q krem aşağıdakı təsiredici maddələri ehtiva edir: dekspantenol 50,0 mq; köməkçi maddələr: DL-pantolakton 5,0 mq, fenoksietanol 5,0 mq, kalium setilfosfat (amfizol K) 12,7 mq, setil spirti 24,0 mq, stearil spirti 16,0 mq, lanolin 13,0 mq, izopropil miristat 35,0 mq, propilen qlikol 15,0 mq, 1000 mq-a qədər təmizlənmiş su, kalium hidroksid.* q.s
* tələb olunan pH dəyərinin təyin olunması üçün kifayət qədər miqdarda.
İstifadə üsulu və dozalar
Təsirə məruz qalmış səthə gündə 1-2 dəfə nazik qat ilə vururlar və yüngülcə dəriyə yedizdirilər. Süd vəzisinə qulluq zamanı krem döş gilələrinin üzərinə hər uşaq əmizdirildikdən sonra vurulur. Ana südü ilə qidalanan uşaqlara qulluq zamanı hər uşaq bezi (bələk) dəyişdirildiyi zaman vurulur.
Əlavə məlumat
Buraxılış forması: 30 q və 100 q ilə olan tyubikdə krem.
Apteklərdəki malların son qiyməti və miqdarını birbaşa şəhərinizin apteklərində dəqiqləşdirə bilərsiz.