Bepanten Plus təlimatı
Bepanten® tibbi istifadə üçün dərman preparatının istifadəsi üzrə təlimat
Qeydiyyat nömrəsi: П N013984/02
Preparatın ticari adı: Бепантен®
Beynəlxalq patentləşdirilməmiş adı: Dekspantenol.
Dərman forması: Xaricə qəbul üçün krem
Buraxılış formaları: 30 qr, 50 qr, 100 qr
Tərkibi
1 qr kremdə təsiredici maddə: dekspantenol 50,0 mq; köməkçi maddələr: DL-pantolakton 5,0 mq, fenoksietanol 5,0 mq, kalium setilfosfat (amfizol K) 12,7 mq, setil spirti 24,0 mq, stearil spirti 16,0 mq, lanolin 13,0 mq, iozpropilmiristat 35,0 mq, propilenqlikol 15,0 mq, təmizlənmiş su 1000,0 mq qədər, kalium hidroksid* q.s.
*Tələb olunan pH dəyərinin təyin edilməsi üçün kifayət edən miqdarda.
Təsviri
Zəif spesifik qoxulu ağımtıldan sarımtıl ağa qədər çaları olan rəngdə yumşaq, elastik homogen mat krem.
Farmakoterapevtik qrupu: Toxumaların regenerasiyası stimulyatoru.
ATX kodu: D03АХ03.
Farmakoloji xüsusiyyətləri
Dekspantenol dəri hüceyrələrində tez bir zamanda pantoten turşusuna çevrilir ki, həmin turşu koenzim A-nın tərkib hissəsidir və zədələnmiş dəri örtüklərinin həm formalaşmasında, həm də sağalmasında əhəmiyyətli rol oynayır; dərinin regenerasiyasını stimullaşdırır, hüceyrə metabolizmini normallaşdırır.
Farmakokinetikası
Xaricə qəbul zamanı dəri tərəfindən tez bir zamanda hopdurulur (tez hopur) və pantoten turşusuna çevrilir, plazma zülalları ilə (əsasən, beta- qlobulin və albuminlə) əlaqəyə girir. Pantoten turşusu orqanizmə metabolizmə məruz qalmır və dəyişməz vəziyyətdə çıxarılır.
İstifadəsinə göstərişlər
Dəri örtüklərinin bütövlüyü pozulduğu zaman: yanıqların (o cümlədən günəş yanıqlarının), dərinin kiçik zədələrinin (sıyrıqların, kəsiklərin, çatların və s.) sağalması. Dəri quruluğunun, o cümlədən, müxtəlif genezli dermatitlərin nəticəsi olan (özünü qabıq qoyma ilə, qızartılarla, qıcıqlanma ilə, dartılma hissi ilə büruzə verən) dermatitlərin profilaktikası və müalicəsi, habelə, xarici amillərin təsirinə daha çox məruz qalan dəri örtükləri sahələrinə (üzə, əllərə) gündəlik qulluq. Laktasiya dövründə süd vəzisinə qulluq üçün (süd vəzisi gilələrinin çatlaması və qızarması), ana südü ilə qidalanan uşaqlara və körpələrə qulluq üçün (bişməcə, "bələk" dermatiti).
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
Hamiləlik zamanı və uşaq əmizdirmə dövründə istifadə.
Bepanten® hamiləlik zamanı və uşaq əmizdirmə dövründə istifadə edilə bilər. Preparat laktasiya zamanı döş gilələri çatlarının emalı üçün istifadə olunursa, o, uşaq əmizdirilməzdən öncə, yuyulmalıdır.
İstifadə qaydası və dozası
Xaricə. Krem, gündə 1-2 dəfə zədələnmiş səthə nazik qatla vurulur və yüngülcə sürtülür. Süd vəzisinə qulluq zamanı krem döş gilələrinin üzərinə hər uşaq əmizdirildikdən sonra vurulur. Ana südü ilə qidalanan uşaqlara qulluq zamanı hər uşaq bezi (bələk) dəyişdirildiyi zaman vurulur.
Əlavə təsirləri
Allergik reaksiyaların yaranması çox nadir hallarda mümkündür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın qarşılıqlı təsiri haqqında məlumat yoxdur.
Buraxılış forması
Xaricə qəbul üçün krem 5 %. 30 qr., 50 qr. və 100 qr. preparat - polietilen ucluqlu, bağlı alüminium membranlı, membranın deşilməsi üçün ucu olan burulan polipropilen qapaqla bağlanan alüminium qabda. Hər bir qab istifadə üzrə təlimatla birlikdə karton qutuya yerləşdirilir.
Saxlanma şəraiti
25 ºС-dən yüksək olmayan temperaturda saxlamaq lazımdır. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddət bitdikdən sonra istifadə etməyin.
Verilmə şərtləri:
Reseptsiz buraxılır.
İstehsalçı
Qeydiyyat vəsiqəsinin sahibi: «BAYER» SC, Rusiya İstehsal edilib: QP Qrentsax Produksions GmbH, Emil-Barell-Ştrasse 7, 79639 Qrentsax-Vilen, Almaniya
İstehlakçıların pretenziyalarını qəbul edən təşkilat:
«BAYER» SC, Rusiya
107113, Moskva ş., 3-cü Rıbinskaya küç., ev 18, tik. 2
Tel.: +7 (495) 231-12-00
Faks: +7 (495) 231-12-02
Təlimatın bu versiyası 20.01.2020-ci ildən etibarən qüvvədədir
Buraxılış formaları
30 qr
50 qr
100 qr