Bepanten® Plus

Bepanten® Plus
Bepanten® Plus bütün ailə üçün kiçik yaraların və digər dəri zədələrinin sağalması üçün universal vasitədir.
İstifadəsinə dair göstərişlər
Sıyrıntılar, cırmaqlar, kiçik kəsiklər və qaşınma yerləri, çatlar, kiçik yanıqlar; dərinin yoluxmuş səthi yaraları; ana südü ilə əmizdirmə zamanıı məmələrin uclarının çatlaması kimi infeksiya riski olan kiçik yaraların işlənilməsi və müalicəsi Xroniki yaralarda, məsələn, baldırların trofik xoraları, yataq yaraları, həmçinin əməliyyat yaraları.
Qarışıqların
1 q krem aşağıdakı təsiredici maddələri ehtiva edir: dekspantenol - 50 mq, xlorheksidin hidroxlorid - 5 mq; köməkçi maddələr: pantolakton 5 mq, setil spirti 36 mq, stearil spirti 24 mq, lanolin 30 mq, ağ yumşaq parafin 100 mq, maye parafin 100 mq, makroqol stearat 30 mq, 1 q-a qədər təmizlənmiş su.
Tətbiq edilmə üsulu və dozalar
Əvvəlcədən təmizlənmiş yaranın səthinə və ya dərinin iltihablı sahələrinə gündə bir və ya bir neçə dəfə nazik qat ilə vururlar. Yaraların müalicəsi həm açıq üsulla, həm də sarğılardan istifadə etməklə aparıla bilər.
Əlavə məlumat
Buraxılış forması: 30 q ilə tyubikdə krem.
Apteklərdəki malların son qiyməti və miqdarını birbaşa şəhərinizin apteklərində dəqiqləşdirə bilərsiz.