Bepanten® məlhəmi

Bepanten® məlhəmi
Bepanten® məlhəmi – körpə və ana üçün universal həll: körpədə bişməcələrin və uşaq əmizdirən anada gilə çatlarının müalicəsi.
İstifadəsinə dair göstərişlər
Dəri örtüklərinin bütövlüyünün pozulması zamanı dərinin quruluğunun profilaktikası və müalicəsi Körpənin (tərləmiş yerlər və uşaq bələyi dermatiti zamanı) və ana südü ilə əmizdirən ananın (laktasiya dövründə süd vəzisinə qulluq: məmələrin quruluğunun və ağrılı çatlaqların müalicəsi) müalicəsi və dəriyə qulluq. Kiçik zədələr, yüngül yanıqlar, sıyrıntılar, dərinin qıcıqlanmaları, xroniki xoralar, yataq yaraları, çatlar və dərinin transplantasiyası zamanı dərinin sağalma prosesinin aktivləşdirilməsi.
Tərkibi
1 q məlhəm aşağıdakı təsiredici maddəni ehtiva edir: dekspantenol - 50 mq; köməkçi maddələr: protein X 50 mq, setil spirti 18 mq, stearil spirti 12 mq, arı mumu ağ 40 mq, lanolin 250 mq, yumşaq ağ parafin 130 mq, badam yağı 50 mq, maye parafin 150 mq, 1000 mq-a qədər təmizlənmiş su.
Tətbiq edilmə üsulu və dozalar
Xaricə. Məlhəmi dərinin zədələnmiş və ya iltihablı sahəsinə gündə 1-2 dəfə vurular.
Ana südü ilə əmizdirən anaların süd vəzilərinə qulluq: körpəni hər əmizdirmədən sonra məlhəmi məmələrə vururlar.
Südəmər körpəyə qulluq: məlhəmi uşaq bezinin (bələyin) hər dəfə dəyişdirilməsi zamanı vururlar.
Əlavə məlumat
Buraxılış forması: 30 q və 100 1-lıq tyubikdə məlhəm.
Apteklərdəki malların son qiyməti və miqdarını birbaşa şəhərinizin apteklərində dəqiqləşdirə bilərsiz.