Quruluq: əmələgəlmə səbəbləri

Məzmun cədvəli:

  • Quru dəri: səbəbləri
  • Quru dərinin əlamətləri
  • Müalicə üsulları
  • Profilaktika
     
 
Quruluq: əmələgəlmə səbəbləri

Yalnız nəmləndirilmiş dəri yaxşı görünür və öz funksiyalarını tam yerinə yetirir. Su olmadan hüceyrələrdə metabolik proseslər yavaşlayır, bəziləri ölür, bu da epidermisin elastikliyini və qoruyucu xüsusiyyətlərini azaldır. Daimi soyulma, qıcıqlanma, qaşınma hissi yaranır və quru dəri daha sürətli yaşlanır. Nəm itkisinin bir çox səbəbi var, amma əsas odur ki, bu problem həll oluna bilər1.

Quru dəri: səbəbləri

Təbiət, dərini qiymətli nəm itkisindən etibarlı bir qoruma ilə təmin edib: epidermisin buynuz qati və piy vəziləri dərinin səthində nazik lipid qat əmələ gətirirlər. Bu maneə ikitərəflidir: su buraxmır və mikrobların, toksinlərin və allergenlərin bədənə daxil olmasının qarşısını alır. Lipid qatın çatışmamazlığı - dehidratasiya və iltihab reaksiyalarının artması ilə nəticələnir (yoluxucu, allergik). Tam qorunmaqdan məhrum olan dəri daha sürətlə yaşlanır: çox sayda ölü hüceyrə səbəbindən rəngi solur, tonusu azalır və qırışlar əmələ gəlir1.

Lipid tükənməsinin və nəm itkisinin səbəbləri çoxdur. Piy vəzilərinin fəaliyyətindən asılı olaraq dərinin aşağıdakı tipləri ayırd edilir: quru dəri; yağlı dəri; qarışıq dəri. Dərinin piy istehsalı endokrin sistem tərəfindən tənzimlənir, buna görə də, həyat boyunca xarakterik fizioloji dəyişikliklər baş verir: yeniyetmə dövründə yağ vəziləri fəaliyyət göstərir , qadınlarda isə klimaks dövründə əksinə aktivliyi xeyli azalır. Həyat tərzi, ətraf mühit amilləri, sağlamlıq vəziyyəti dəriyə təsir göstərir. Quru dərinin səbəblərini 2 yerə bölmək olar: xarici və daxili2.

Xarici - ətraf mühitin təsiri ilə əlaqəlidir1,2:

  • Hava şəraiti: külək, şaxta, günəş şüaları lipid qatını və nəm ehtiyatlarını tükədir;
  • Solariuma tez-tez getmək eyni təsiri göstərir;
  • Ev ya da iş şəraitində quru hava, həddindən artıq kondisionerdən istifadə, epidermisin səthindən buxarlanmanı stimullaşdırır;
  • Dəriyə yanlış qulluq: aqressiv kosmetika vasitələri (sabun, spirtli losyonlar, skrablar, pilinqlər) lipid qatını məhv edirlər;
  • Əlcəksiz yuyucu vasitələrin istifadəsi- dərinin quru olmasının səbəbidir.

Daxili – orqanizmin vəziyyəti ilə əlaqəlidir1,2:

  • Az maye qəbulu: orqanizmə az maye daxil olursa, dəriyə də kifayət etmir;
  • Yanlış qidalanma, ciddi diyetlərə riayət etmək, şəkərli, qazlı, alkoqollu içkilərin, qəhvənin həddindən artıq çox istifadəsi piy vəzilərinin fəaliyyətinə təsir göstərir;
  • Vitaminlərin (xüsusilə A və E), mineralların çatışmazlığı: bütövlükdə orqanizmdə və xüsusən dəridə metabolik proseslər pozulur;
  • Dəri xəstəlikləri: (dermatit, pullu dəmrov, bakterial və göbələk infeksiaları);
  • Xüsusən endokrin və sinir sistemlərinin, həzm orqanlarının xəstəlikləri piy vəzilərinin fəaliyyətini və qida maddələrinin sorulmasını pozur;
  • Müəyyən dərmanların, məsələn, nikotin turşusu, diuretiklər, xolesterini azaltmaq üçün dərmanların uzun müddətli istifadəsi;
  • Siqaret çəkmə: nikotin toxumalarda maye saxlayan hialuron turşusunu məhv edir;
  • Böyrək funksiyasının pozulması, zəhərli metabolik məhsulların yığılması ilə müşayiət olunur;
  • Yaşlanma: yaşla, hialuron turşusunun miqdarı, piy vəzilərinin aktivliyi, metabolik proseslərin intensivliyi və qan mikrosirkulyasiyası tədricən azalır.

Quru dərinin əlamətləri1,2

Egər dəri çox qurudursa: çatlar, soyulma, qıcıqlanma və qaşınma hissi asanlıqla yaranır. Susuzlaşmanın ilkin mərhələlərində bu o qədər də aydın deyil. Cavanlıqda quru üz dərisi yağlı üz dərisindən daha yaxşı görünür: incə, məxməri, üzərindəki məsamələr görünməzdir. Dərinin əlavə qoruma və xüsusi qayğıya ehtiyacı olduğunu başa düşmək üçün sadə bir test keçirmək olar: barmaqlarınızı onun səthinə yüngülcə basın. Çuxurlar uzun müddət qalarsa, bu, ilk baxışdan problem olmadıqda belə, dərinin quruluğunu və uyğun bir qulluq tələb etdiyini göstərir.

Quru dərinin əlamətləri

Dərinin quruluğu səbəblərdən asılı olaraq ümumi və ya yerli ola bilər. Xəstəliklər, vitamin çatışmazlığında ümumiyyətlə bütöv dəri quruyur, əllərdə -tortaqla, su ilə işləyərkən, üzdə - uyğun olmayan kosmetik vasitələrdən istifadə edərkən. Bədən dərisinin quruluğu su prosedurlarının çoxluğu nəticəsində ola bilər- lipid təbəqə yuyulur və və bərpa olunmağa vaxtı çatmır.

Müalicə üsulları

Egər dəri qurudursa, bunun üçün nə etmək olar? Əvvəlcə hidratasiyanın azalmasının səbəbini müəyyənləşdirmək və buna uyğun hərəkət etmək lazımdır. Bəzən evdə nəmləndirici qoymaq və ya dərinin vəziyyətini yaxşılaşdırmaq üçün düzgün qidalanmaq kifayətdir. Xroniki xəstəliklərdə, onları müalicə etmək və ya heç olmasa sabit bir remissiyaya nail olmaq üçün həkimə müraciət etmək lazımdır. 

Müalicə üsulları

Quru dərini tez bir zamanda yerli nəmləndiricilərlə bərpa etmək olar. Onlar tərkibi, fəaliyyət prinsipi və müvafiq olaraq effektivliyi ilə fərqlənirlər. Epidermisin qoruyucu xüsusiyyətlərini bərpa etmək və nəmləndirmək üçün ən yaxşı vasitələrdən biri pantoten turşusu (pantoten turşusu törəmələri) olan preparatlar sayılır. Məsələn, məlhəm və krem şəklində olan Bepanten. Onun aktiv maddəsi dekspantenol metabolik proseslərdə fəal iştirak edir, epitel hüceyrələrinin bölünməsini stimullaşdırır və iltihab əleyhinə təsir göstərir3,4. Lipid təbəqəsi ilə örtülmüş yenilənmiş epitel, nəmi daha yaxşı saxlayır və xarici amillərin təsirinə qarşı müqavimət göstərir.

Profilaktika

Dərinin kifayət qədər nəmlənməsini təmin etmək üçün ümumi tövsiyələr - pəhriz, xəstəliklərin vaxtında müalicəsi, düzgün qulluq, xarici təsirlərdən qorunmaqdır. Məsələn, əllərinizin dərisini qorumaq üçün yumşaq yuyucu vasitələrdən istifadə etməli və zəruri hallarda aqressiv maddələrdən istifadə zamanı əlcək geyinmək lazımdır. Günəşə çıxarkən qoruyucu krem tətbiq etmək vacibdir. Quru dəri üçün xüsusi kosmetik vasitələr seçmək daha yaxşıdır1,2. Bepanten Derma seriyasından olan məhsullar ümumi yüksək effektiv tərkib hissəsi olan Provitamin B53, ilə birləşdirilir, bunun sayəsində Bepanten Derma xarici quruluq təzahürlərini uğurla düzəldir, həm də sabit sağaldıcı effekti əldə etməyə imkan verir5. Provitamin B5 dərinin daha dərin qatlarına nüfuz edir və metabolik proseslərdə fəal iştirak edir, həm xaricində, həm də daxilində hərəkət edərkən quruluq təzahürlərini aradan qaldırmağa kömək edir4.

1. Təmrazova O.B. Quru dəri sindromu // Consilium Medicum. Dermatologiya (Əlavə). 2014. № 3. s. 8-14.

2. Sirmays N.S., Tsıkin A.A., Kuznetsova Y.K. Dəri kserozu. Problemin xarici vasitələrlə həll edilməsi // Rusiya tibb jurnalı. – 2015. - № 9. – s. 496-499.

3. Bepanten kremi 25 uşaqda tətbiq edildikdə, dəri quruluğunun kliniki əlamətləri, 3 həftədən 6 həftəyədək müddət ərzində davam edən müalicə kursundan sonra 6,5 dəfə azalmışdır. Revyakina V.A. Bepanten kreminin təsiredici maddəsinin atopik dermatit xəstələri olan uşaqların müalicəsi zamanı effektivliyi və təhlükəsizliyi // Rusiya tibb jurnalı. - 2014. - №3. - s. 224-227.

4. Ebner F., Heller A, Rippke F, Tausch I. Dəri xəstəlikləri zamanı dekspantenolun yerli tətbiqi. Am J Clin Dermatol. 2002;3(6):427-33.

5. Şəkərli diabetdən əziyyət çəkən 34 pasiyentdə nəmləndirici və qidalandırıcı bədən losyonunun istifadəsi zamanı artıq 15-ci gündə buynuz təbəqəsinin nəmlilik dərəcəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır ki, bu da dərinin sağlam xarici görünüş əldə etməsinə səbəb olmuşdur.  Proksch E. Dexpanthenol-haltige externa zur pflege trockener haut bei diabetikern. Kosm Med. 2008; 6:22 – 5.