Bepanten hamiləlikdən öncə və sonra
Hamiləlik zamanı qadının orqanizmi dəyişir, onurğa sütununa düşən yük artır, dəri dartılır ki, dərinin vəziyyətinə sadəcə qarının böyüməsi və təbii çəki artımı deyil, həmçinin hormonal fonun dəyişməsi təsir göstərir1. Bədəni formada qoruyub saxlamaqda optimal fiziki yük, savadlı şəkildə düzülmüş qida və su qəbulu rejimi2, habelə hamiləlik zamanı və ondan sonra Bepanten kremi ilə dəriyə qulluq3 yardım edəcək3.
Hamiləlik zamanı dərinin həssaslığı
Hamiləlik zamanı dəri xüsusilə həssas olur. Qadınlar daha çox quruluqdan və yığılmadan, qabıq vermədən, qaşınmadan, sellülit əlamətlərinin özünü büruzə verməsindən, dartılmadan şikayət edirlər. Hormonların aktiv ifrazına təsir göstərmək mümkün deyil, lakin onların təsirini azaltmaqda müəyyən qaydalar kömək edəcək. Aşağıdakıları etmək zəruridir1,2:
- birbaşa günəş şüaları altında olmağı məhdudlaşdırmaq;
- pilinq və ağartma prosedurlarını istisna etmək;
- gələcək anavə körpəüçün təhlükəsiz olan krem və məlhəmlərdən istifadə etmək.
Hamiləlik zamanı hər şeydə qayğı hiss etmək istəyi yaranır, Bepanten isə, ilk istifadədən dərhal sonra təsir göstərməyə başlayaraq, qayğısını göstərir. Bepanten Kremin hamiləlik zamanı istifadə üzrə əks göstərişləri yoxdur, buna görə onu hətta ən həssas dəriyə qulluq zamanı istifadə etmək olar3.
Hamiləlik zamanı dartılmalar
Dərinin yükəsk həssaslığı ilə bağlı nəticələrin çoxu müvəqqətidir, lakin dartılma kimi dəyişikliklər həmişəlik qalır1.
Dartılmalar və ya tibbi dildə desək striyalar dəridə hamiləlik zamanı dəri daha çox dartıldığı yerlərdə əmələ gəlir. Risk zonasına qarın, budlar, sinə və bel daxildir. Dəri elastikliyini itirir və həcm artımı zamanı onun yarılması baş verir. Yarıq yeri birləşdirici txuma ilə dolur ki, burada çoxlu sayda qan damarları olur, buna görə, yara yeri adətən qırmızı- bənövşəyi çalarlara malik olur. Zamanla qan damarlardan çəkilir, birləşdirici toxuma ağarır və özündən sonra gümüşü zolaqlar saxlayır1,2.
Striyalar fiziki sağlamlığa zərər vurmur, lakin kosmetik problem olaraq, sahibinə bir sıra problem yarada bilər, buna görə onlarla, yaranmazdan çox öncə mübarizə aparmaq lazımdır1. Dartılmaların profilaktikası üçün dərinin elastikliyini artıran xüsusi kremlər istifadə olunur1,2. Bundan əlavə, mütəxəssislərin bəzi tövsiyələrinə riayət etmək lazımdır2:
- rasiona dərinin elastikliyini yaxşılaşdıran məhsullar daxil etmək daha yaxşı olar, məsələn, mal əti, balıq və dəniz məhsulları, fındıq, brokkoli, balqabaq və kök;
- daha çox su içmək lazımdır, çünki dəri hüceyrələrinin elastikliyi düzgün su balansı ilə təmin olunur;
- fiziki məşğələlər haqqında unutmamaq lazımdır, onlar dəri örtüklərində qan dövranını yaxşılaşdırır, lakin orqanizmin vəziyyətini nəzərə alaraq, yüngül yük növləri seçməklazımdır, məsələn, üzgüçülük2, yoqa, pilates4;
- qidalanmanı nəzarət altında saxlamaq lazımdır – dartılmalar qəfil çəki artımı zamanı əmələ gəlir;
- təbii liflərdən olan yumşaq fırça ilə masaj etmək lazımdır – bu qan dövranını və dərinin elastikliyini yaxşılaşdıracaq2,3.
1. Qoldsmit LA. Fispatrik dermatologiyası kliniki təcrübədə, 3 cilddə. M., Panfilov nəşriyyatı. 2018. Cild 2. 1216 s.
2. Makatsariya A.D., Kuznetsov S.V. Ana və körpə. – М.: OLMA-PRESS İnvest, 2006. – 544 s.
3. Kotlukov V.K., Kuzmenko L.Q., Anripova N.V. "Bepanten" seriyasından xarici dermatoloji vasitələri pediatrın təcrübəsində. Tibbi məsləhət. 2012. № 5. s. 81-85.
4. Quseva O.A., Sivas N.V. Hamilələrin bədən tərbiyəsi vasitələri və üsulları vasitəsilə hamiləliyin və doğuşun xoş keçməsi üçün hazırlanması metodikası // Akad. İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət tibb universitetinin Elmi qeydləri. Cild XIX, № 3, 2010. S. 90-91.