Kosmetik vasitələrdən sonra dərinin bərpası
Məzmun cədvəli:
- Epilyasiya
- Depilyasiya
- Pilinq
- Üzün təmizlənməsi
- Kosmetik prosedurlardan sonra Bepanten plus-un istifadəsi
Dəri - bizim təbii qoruyucu baryerimizdir. Mütəmadi olaraq mənfi xarici mütin amilləri ilə üzləşmək məcburiyyətindədir. Yaşla əlaqədar dəyişikliklər, yaşayış şəraiti və peşələr, qidalanma, içməli suyun və havanın keyfiyyəti dəriyə təsir göstərir. Funksiyalarını tam şəkildə yerinə yetirməsi və mexaniki, kimyəvi təsirlərə və çox sayda mikroorqanizmlərə tab gətirə bilməsi üçün dərinin mütəmadi baxıma ehtiyacı var. Ev prosedurları həmişə kifayət etmir və biz dermatokosmetoloqlara müraciət edirik.
Epilyasiya və depilyasiya, müxtəlif növ pilinqlər, üz dərisinin təmizlənməsi və cilalanması olduqca tələb olunan qulluq prosedurlarıdır.
Təəssüf ki, bu cür manipulyasiyaların aparılması, az olsa da, dəriyə zərər verir. Bu vəziyyətdə dərinin səthindəki təbəqə, epidermis zədələnir. Qıcıqlanma, qaşınma, soyulma, şişkinlik və digər xoşagəlməz simptomlarla müşayiət olunan iltihablı proseslərin inkişafı yarana bilər. Dərinin müəyyən bərpa müddətinə ehtiyacı var. Kosmetik prosedurlardan sonra dəriyə qulluq qaydalarına əməl etməklə bu vaxt azaldıla bilər, bunlardan əsasını biz təsvir edəcəyik1,2.
Epilyasiya
Epilyasiyanın müxtəlif növləri var. Hamısı saçların soğanaq (follikul) ilə birlikdə çıxarılmasını əhatə edir. Nəticədə dəri bir neçə ay və hətta illər boyu hamar qalır. Prosedurlar effektivdir, lakin öz xüsusiyyətləri və mənfi cəhətləri var1,2.
- Elektroepilyasiya. Son vaxtlara qədər ən populyar prosedurlardan biri idi. Aşağı gərginlikli elektrik cərəyanının saç köklərinə təsir göstərməsindən ibarətdir. Saç böyümə bölgəsinə elektrikli impuls verildiyi nazik elektrod daxil edilir. Belə bir qərginlik follikulu məhv etmək üçün kifayətdir.
Mənfi xüsusiyyətləri: ağrı hissi, dəridə iz yaranma riski. - Fotoepilyasiya. Xüsusi lampa ilə aparılır - müəyyən gücün və dalğa uzunluğunun işıq mənbəyini istifadə edərək həyata keçirilir. Soğanaq fototermik təsir nəticəsində ölür.
Mənfi xüsusiyyəti: yanıqların əmələgəlmə riski. - Lazer epilyasiyası. Müxtəlif qurğulardan istifadə olunur (məsələn, aleksandrit, diod və ya neodim), follikul praktik olaraq yandırılır.
Mənfi xüsusiyyətləri: prosedur müəyyən bir müddətdən sonra təkrarlanmalıdır, çünki bütün follikullar eyni vaxtda aktiv fazada deyil və lazer onlara təsir göstərmir, olduqca yüksək qiymət, lazer çox piqment olan qara saçlara daha çox təsir göstərir, dərinin qızartı və yanması mümkündür.
Buna baxmayaraq, təhlükəsizlik və effektivliyin birləşməsi nəticəsində bu metod digərlərindən üstündür. - Elos epilyasiyası. Elektrik və lazer enerjisinin təsirlərini birləşdirən bir qurğu texnikasıdır . Elektrik kimi ağrılı deyil və eyni zamanda həm açıq, həm də qara saçları yandırır.
Mənfi xüsusiyyətləri: ən bahalı prosedurlardan biridir. - Enzim epilyasiyası - xüsusi fermentlərin dərialtına tətbiq edilməsi ilə saçın soğanağı ilə məhv edilməsi. Sonra preparatın təsirini artırmaq üçün ultrasəs istifadə edərək dəri istiləşir.
Ümumi əks göstərişlər bunlardır:
- hamiləlik,
- dəri xəstəlikləri,
- müəyyən dərmanların istifadəsi (qan laxtalanmasına təsir edən dərmanlar, antibiotiklər və digərləri),
- epilepsiya,
- vasitələrə qarşı fərdi dözümsüzlük.
Epilyasiyanın hamar bir şəkildə getməsi, qıcıqlanma və ya iltihaba səbəb olmaması üçün aşağıdakı tədbirlərə əməl edilməlidir1,2:
Epilyasiyadan əvvəl:
- Yanıq və piqment ləkələrini azaltmaq üçün iki həftə qaralmamaq tövsiyə olunur.
- Tük çıxarmayın və depilyasiya etməyin (tük çıxarmaqla əlaqəli digər növlər).
- Prosedurdan dərhal əvvəl epilyasiya planlaşdırıldığı ərazidə tükləri qırxın.
Epilyasiyadan sonra:
- Dezodorantlar, yağlı krem və ya digər aktiv kosmetik vasitələrdən istifadə etməyin.
- Ən azı 1-2 gün ərzində sauna, hamam, hovuza ziyarət getməkdən imtina edin.
- Fiziki aktivliyi 3 günə qədər azaldın.
- İlk 3 gün ərzində turşu və ya mexaniki pilinq aparmayın.
- Saçların böyüməsini yavaşladan məhsullardan istifadə edin.
- Birbaşa günəş şüalarından qorunun (lazer epilyasiyasından sonra bir ay müddətində qaralmaq məsləhət görülmür) və piqmentasiya meydana gəlməməsi üçün günəşdən qoruyucu vasitələrdən istifadə etmək lazımdır.
Dəriyə qulluq qaydaları1,2:
- Prosedurun sonunda dərinin dezinfeksiya edilməsi infeksiya ehtimalını və iltihab riskini azaldır.
- Su əsaslı nəmləndirici krem və ya gel, qıcıqlanmanı, soyulmanın aradan qaldırmağa kömək edəcək və saç tökülməsinin qarşısını alacaq, çünki bu, tez-tez susuz və quru dəridə baş verir.
- Foto və ya lazer epilyasiyasından sonra pantenol tərkibli məhsullar istifadə edilə bilər3-5.
- Çay ağacı və ya evkaliptin efir yağları yaralı dərini sakitləşdirməyə kömək edir.
- Saçların böyüməsi istiqamətində mütəmadi olaraq incə pilinq və masaj eləmək lazımdır.
Depilyasiya1,2
Depilyasiya epilyasiyadan fərqlənir, tüklər soğanaqsız çıxarılır, yəni yalnız dərinin üstündən çıxan hissəsi. Və bu da, 2-3 gündən sonra tüklərin yenidən böyüməyə başlayacağı deməkdir. Epilyasiyadan fərqli olaraq, dəri zədələnmələri və dermatoloji xəstəliklərin kəskinləşməsi istisna olmaqla, depilyasiyanın praktiki olaraq əks göstərişi yoxdur, buna görə evdə istifadə edilə bilər.
-
Təraş, kremlərdən, losyonlardan istifadə. Mənfi xüsusiyyətləri - qısamüddətli təsir, ülgüc ilə kəsiklər, tüklərin əmələgəlməsi, iltihab və qıcıqlanma.
-
Mum depilyasiyası - isti balmumu dəriyə tətbiq olunur, sonra isə tüklər çıxarılır.
Mənfi xüsusiyyətləri – ağrı hissi, tüklərin əmələgəlməsi. -
Şuqarinq - xüsusi konsentrasiyalı şəkər məhlulu ilə tüklərin təmizlənməsi.
Depilyasiyadan sonra dəriyə qulluq üçün ümumi tövsiyələr epilyasiya sonrası qaydalara bənzəyir. Bundan əlavə, balmumu və ya şuqarinq istifadə edərək, prosedur texnikasına riayət etmək lazımdır. Mümkün allergik reaksiyaları təyin etmək üçün yeni krem və ya losyon dərinin kiçik bir sahəsinə yoxlanılmalıdır.
Pilinq1,2
Mütəmadi pilinq dərinin buynuz qatından təmizlənməsinə imkan verir, yaşla ölü hüceyrələrin təbii bərpası yavaşlayır. Bu, dərinin yenilənməsinə, tam nəfəs almasına və işləməsinə imkan verir. Eyni zamanda üz daha təravətli və baxımlı görünür. Piıinqin müxtəlif növləri var. Fəaliyyət tipinə görə, bu cür prosedurlar fiziki (mexaniki), dərini şlifovkası, həmçinin kimyəvi olur.
Pilinqdən sonra dəriyə qulluq baxımından prosedurun dərinliyi daha vacibdir1.
Ayırd edilir:
- Səthi - ən yüngülü, yalnız epidermisin dənəvər və buynuz qatına təsir göstərir. Sızanaqların fəsadlarını aradan qaldırmaq, həddindən artıq piqmentasiya və yağlı dəri üçün məsləhət görülür.
- Orta - bütün epidermisə yayılır. Üz qırışlarının dərinliyini azaltmaq üçün, həmçinin dəri elastikliyini və qatların meydana gəlməsini azaltmaq üçün istifadə olunur. Plastik əməliyyatdan əvvəl hazırlıq mərhələsi olaraq da istifadə olunur.
- Dərin - cərrahi müdaxilələrə daha yaxın, bir xəstəxanada aparılır, əksinə aqressiv bir prosedurdur. Liftinq və qırışları aradan qaldırmaq üçün istifadə olunur.
Müxtəlif dərinlikli pilinqlərdən sonra üz dərisinə qulluq necə fərqlənir1?
Əgər səthi pilinq proseduru aparılıbsa, onda üzə qulluq etmək çətin deyil. Dərini hərtərəfli nəmləndirmək, bol maye içmək tövsiyə olunur. Kosmetik vasitələrdən növbəti gün istifadə etmək olar. Sağalmanı sürətləndirmək üçün iltihab əleyhinə və bərpaedici dərmanlar istifadə etmək olar.
Orta pilinq daha zədəlidir, buna görə dəri daha uzun müddət bərpa olunur. Ona yalnız yüngül nəmləndirici və yara sağaldıcı vasitələrdən istifadə edərək kömək edə bilərsiniz. Su prosedurları gündə bir dəfə olmaqla azaldılır və otaq temperaturunda yalnız təmiz su istifadə olunur. İstenmeyen təsirlər göründükdə, pilinqi həyata keçirən mütəxəssislə əlaqə saxlayın.
Dərin pillinqdən sonra ümumiyyətlə müşahidə və bərpa üçün bir neçə gün xəstəxanada qalırlar. Həkim tərəfindən təyin olunan ağrı kəsici və antibakterial dərmanları qəbul etmək lazımdır. Dərini çox həssas və ultrabənövşəyi radiasiyaya həssas olduğundan günəşdən qoruyucu kremlərdən kifayət qədər uzun müddət istifadə etmək lazımdır.
Üzün təmizlənməsi1,2
Evdə, üzün dərisini təmizlənməsi, yağlılığın artması halında həmişə istənilən nəticəni vermir. Bunun üçün peşəkar təmizlik aparacaq bir mütəxəssislə əlaqə saxlamaq lazımdır. Bundan əlavə, pilinqi yaxşı tamamlayır. Prosedurun məqsədi məsamələri mexaniki və aparat üsulu ilə təmizlənməsi, dərini qidalandırmaq, nəmləndirmək, qara nöqtələri təmizləmək və pozuntuları hamarlamaq.
Təmizləmə ola bilər:
- Mexaniki – irinli səpkiləri və komedonları, o cümlədən dərin olanları, aradan qaldırmağın ən təsirli yolu. Yağlı və qarışıq dəri üçün uyğundur.
- Qurğu - ultrasəs və ya vakuumlu pilinq, qan dövranını və limfa drenajını stimullaşdırır, məsamələri təmizləyir və dərini masaj edir.
Təmizləmədən əvvəl dəri hazırlanmalıdır ki, prosedurun təsiri maksimum olsun. Belə bir hazırlığa daxildir: skrab vasitəsi ilə makiyajın silinməsi və hərtərəfli təmizlənməsi, bir gün əvvəl və səhər tonlama. Quru dərilər üçün qidalandırıcı maska eləmək lazımdır. Prosedurdan dərhal əvvəl dəri buxarlanır və antiseptiklə zərərsizləşdirilir.
Təmizləndikdən sonra dəri bərpa olunmalıdır. Üzün təmizlənməsindən sonra bütün qulluq qaydalarına əməl olunarsa, bu ümumiyyətlə 3 gün ərzində baş verir.
Mexaniki təmizlənmədən sonra xüsusi qulluq tələb olunur, çünki dəri zədələnir və yaralar, iltihab və qırmızı ləkələr yarana bilər. Yaraların birində infeksiya olduqda, səpki ola bilər.
Nə etmək olmaz1?
Skrabların və digər aqressiv təmizləyicilərin istifadəsi tövsiyə edilmir. Fiziki fəaliyyət, istilik prosedurları, günəş şüaları və reabilitasiya zamanı solyaruma baş çəkmək məhdudlaşdırılır. Qabıqları özünüz ayırmayın. Adətən 3 gün kifayətdir. Bundan sonra adi qulluq vasitələrinə keçmək olar.
Dəriyə necə kömək etmək olar1,2,5?
- Sübut edilmiş, yumşaq, hipoallergen təmizləyici və nəmləndiricilərdən istifadə edin.
- Çöldə buludlu olmasına baxmayaraq günəşdən qoruyucu krem tətbiq etmək lazımdır.
- Mikroyaraları antibakterial vasitələrdən müalicə etmək.
- Dərinizi daxildən nəmləndirmək üçün kifayət qədər su için.
- Əgər səpki görünsə, ağ və ya mavi gildən maska etmək olar.
Kosmetik prosedurlardan sonra Bepanten plus-un istifadəsi
Təmizlənmə, pilinq və digər kosmetik prosedurlardan sonra üz dərisinə qulluqda ümumi xüsusiyyətlər var. Hər halda, dərinin nəmləndirilməsinə, infeksiyaya qarşı qorunmasına və yaraların sağalmasına ehtiyac duyulur.
Bütün bu məsələlər öhdəsindən Bepanten plus gəlir - dekspantenol (provitamin B5) tərkibli krem şəklində preparat. Dərinin reqenerasiya prosesini stimullaşdırmaqla, provitamin B5, kosmetik prosedurlardan sonra epidermisin bütövlüyünün pozulması ilə müşayiət oluna bilər. Dekspantenolun pantoten turşusuna çevrilməsi səbəbindən dəriyə tətbiq edildikdə, daxildən dərinin təbii bərpası prosesləri başlayır, hüceyrə yenilənməsi stimullaşdırılır, kollagen liflərinin gücü artır və iltihablı proseslərin inkişafı azaldılır3. Provitamin B5 sayəsində, zədələnmiş dəri, çox sayda kliniki tədqiqatlarla sübut edilmiş, Avropa keyfiyyət standartlarına və bütün dünyada uzunmüddətli təcrübəyə zəmanət verərək orijinal vəziyyətinə qayıdır3,5.
Bundan əlavə, Bepanten plus kreminin fərqli bir xüsusiyyəti tərkibində xlorheksidin antiseptik olmasıdır, bu da geniş spektrli antimikrob təsirə malikdir və təkcə bakteriyaları deyil, həm də bir sıra göbələkləri və virusları məhv edir. Tez təsir göstərən və dəri səthindən sorulmayan xlorheksidin buynuz qatında toplanır, bir növ antiseptik rezervuar yaradır və antimikrob təsirini artırır6.
Beləliklə, provitamin B5 və xlorheksidinin birləşməsi sayəsində Bepanten Plus kremi epidermal hüceyrələrin böyüməsini və inkişafını dəstəkləyir, dərinin su tutma qabiliyyətini artırır və iltihablı proseslərin inkişafına mane olur. Bütün bunlar kosmetik prosedurlardan sonra zədələnmiş dərinin daha sürətlə bərpa olunmasına imkan verir. Bundan əlavə, vasitə yanıqların müalicəsi üçün tövsiyə olunur, buna görə foto, lazer və elektroepilyasiyadan sonra, həmçinin pilinq və ya şlifovkadan sonra piqmentasiyanın yaranmasının qarşısını almaq üçün istifadə oluna bilər1,5.
Ədəbiyyat:
1. Y.R.Araviyskayanın və Y.V.Sokolovskinin redaksiyası ilə dermatokosmetologiya üzrə rəhbərlik. «Foliant» nəşriyyat, Spb, 2008, 632 s.
2. Y.F.Lukuşkina, Y.Y.Baskakova. Dəri – sağlamlıq barometri. Emolentlərin profilaktik və müalicəvi rolu. Rusiya tibb jurnalı, 2016, №18, s. 1246-1252.
3. 15 sağlam könüllüdə ikili koranə tədqiqat çərçivəsində, 5% dekspantenol tətbiqi zamanı yaraların sağalmasının səhih şəkildə histoloji və ultrasəs müayinə nəticələri ilə təsdiq olunmuş stimullaşdırılması qeyd olunmuşdur. Pugliese PT, Farina JC, Chautems Y. Dekspantenolun yaraların sağalması zamanı efektivliyi: ultrasəs və histoloji müayinə vasitəsilə ikili koranə kəsilmiş yara toxuması qiymətləndirməsi [fransız dili]. Nouv Dermatol 1995; 14: 130-8.
4. İ.V.Nikitina, Y.A.Sorokina, M.V.Tarasova. Xroniki dermatozların müalicəsində yeni imkanlar. Rusiya tibb jurnalı. Dermatoloqlar, cild 16, №23, 2008, s. 1547-1550.
5. Kotlukov V. L., Kuzmenko L. Q., Antipova N.V. Uşaqların dəri örtüklərinə baxım üçün müasir dermatoloji və kosmetik vasitələr // МС. 2013. № 1.
6. Rosenberg A., Alatary SD., Peterson AF. Antiseptik qlükonat xlorheksidin təhlükəsizliyi və effektivliyi. Cərrahiyyə, ginekologiya və mamalıq. 1976 Noyabr; 143(5): 789-92.