Qaşlara tatuaj prosedurundan sonra qulluq
Permanent makiyaj (tatuaj) - üz dərisinin müəyyən hissələrini uzun müddətə estetik məqsədlərlə rəngləndirməkdir. Yanız görmə qabiliyyətinin yaxşılaşması deyil, həm də mümkün qədər təbii görünən bir usta işi prosedurun uğurlu nəticəsi hesab edilə bilər. Başqa sözlərlə desək, permanent makiyajın vəzifəsi dekorativ kosmetika tətbiq olunmadan belə üzə ifadə və cazibə verə bilən üz dərisi zonalarının piqmentləşdirilməsidir.
Qaşların tatuajı nədir?
Müasir dövrdə qaşlarının permanent tatuajı xüsusilə populyardır. Bu prosedurun köməyi ilə qaşların yalnız rəngini dəyişdirmək, formasını və sıxlığını düzəltmək deyil, həm də qaşlarda yaşla əlaqədar yaranan dəyişiklikləri düzəltmək, sonradan yaranmış qüsurları (qaş çapıqlarını, plastik əməliyyatlardan qalan kəsik yerlərini) gizlətmək olar.
Prosedur zamanı piqmentin tətbiqi mexanizmi qaş döyməsinin tətbiqi prosesinə bənzərdir. Tatuajı yerinə yetirərkən epidermisin bütövlüyü pozulur (kobud desək, o "cızılır") və alınan "yaralara" boyayıcı maddə daxil edilir. Dəri dayaz şəkildə zədələnir (təxminən 0,3-0,8 mm). Buna baxmayaraq qalıcı makiyajın tətbiqi ciddi bir tibbi prosedurdur ki, bu müddət ərzində dərinin zədələnməsi baş verir. Bu baxımdan həmin prosedur müəyyən qaydalara riayət etməklə kosmetoloq həkimlər tərəfindən aparılmalıdır.
Mümkün ağırlaşmalar
Tatuaj hətta bütün qaydalara riayət edilməklə yerinə yetirildikdə belə, prosedurdan sonra bəzi fəsadlar yarana bilər:
- Keyləşdirici maddəyə və ya boyaya qarşı allergik reaksiya. Yüngül hallarda allergiya prosedur tətbiq olunan nayihədə hiperemiya ilə, şişkinliklə, dərinin qaşınması ilə özünü biruzə verir. Kifayət qədər nadir hallarda reaksiya üz və boyun şişməsi (övrə) ilə müşaiyət oluna bilər. Allergik reaksiyanın inkişafı zamanı tatuaj proseduru dayandırılmalı və müştəri antihistamin preparatı qəbul etməlidir.
- Çapıqların əmələ gəlməsi. Bu ağırlaşma nadir hallarda və yalnız orqanizm dəri örtüyünün zədələnməsinə cavab olaraq belə reaksiyaya meylli olduqda inkişaf edir.
- Infeksiya. Əgər usta proseduru yerinə yetirərkən aseptika və antiseptika qaydalarına laqeyd yanaşarsa: alətlərin sterilizasiyasını aparmazsa, birdəfəlik əlcəklərdən istifadə etməzsə, qaş nayihəsində dərini düzgün təmizləməzsə həmin nayihəyə mikrozədələr vasitəsilə bakteriyalar daxil ola bilər. İnfeksiya prosesi ağrılar, irinli qabıqların əmələ gəlməsi, qaşların ətrafında dərinin qızartması ilə özünü biruzə verir. Ağırlaşmış hallarda bədən temperaturunun artması və ümumi əzginlik müşahidə olunur.
Infeksiyanın inkişafına prosedurdan sonra düzgün qulluğun aparılmaması da səbəb ola bilər. Dəri zədələnmələrinin son dərəcə kiçik olmasına baxmayaraq, piqment tətbiq edildikdən sonra qaş nayihələri hələ də çox həssas olur. Permanent makiyaj aparılan niyihəyə necə qulluq edilməli olduğunu nəzərdən keçirək.
Tatuajdan sonra qaşlara qulluq
Tatuajdan sonra epidermisin bərpa müddəti təxminən 30 gün təşkil edir. Ən aktiv sağalmanın baş verdiyi ilk iki həftə xsusən vacib hesab olunur.
Permanent tatuajdan sonra qaşlara qulluq etmək özündə bir neçə tövsiyəni ehtiva edir:
- Təsir nayihəsində istənilən kosmetik kremlərdən, jellərdən və mazlardan istifadə etmək qadağandır.
- Qaş sahəsində yara səthinin tam sağalmasına qədər suyun dəriyə düşməsinə imkan verilməməlidir. Ehtiyatla yuyunmaq və tatuaj zonasını islatmamaq lazımdır.
- Prosedurdan sonra ilk iki həftə ərzində hamam və saunaya getmək tövsiyə edilmir, açıq su hövzələrində və hovuzlarda üzmək qadağandır.
- Piqmentin sürətlə solmasının qarşısını almaq üçün permanent makiyajdan sonrakı ilk ay ərzində üzün dərisini günəş işığında qaraltmaq (zaqar) olmaz.
Prosedur başa çatdıqdan dərhal sonra yara səthindən sarımtıl maye- irin çıxacaq. O, ilk saatlar ərzində quruyub qabığa çevrilir. Bu dövrdə qaş tatuajına qulluq dəriyə pambıq diskləri vasitəsilə antiseptik məhlulu vurmaqdan ibarətdir.
Sağalma prosesini sürətləndirmək üçün tatuajı yerinə yetirdikdən sonra ikinci gündən Bepanten Plus kremindən istifadə etmək olar. Bu vasitənin aktiv komponentlərinə zədələnmiş dərinin regenerasiya prosesini stimullaşdıran provitamin В5 və ya dekspantenol, yaxşı yayılan və yüksək təhlükəsizlik profilinə malik dezinfeksiya vasitəsi olan xlorqeksidin daxildir.
Kremi istifadə etməzdən əvvəl dərini antiseptik məhlulla isladılmış pambıq diskləri (hər qaş üçün ayrı disk) ilə diqqətlə təmizləmək lazımdır. Əllər də tərtəmiz yuyulmalıdır.
Bepanten Plus kremi gündə bir neçə dəfə nazik təbəqə şəklində tətbiq edilir. Qabığa zərər verməmək üçün çox diqqətlə hərəkət etmək lazımdır - onun altında toxuma bərpası prosesləri baş verir. Kremi bütün sağalma müddəti ərzində tətbiq etmək olar.
Gördüyünüz kimi, ilk günlərdə qaş tatuajına qulluq etmək olduqca asandır. O, yalnız bir neçə əsas qaydaya əməl edilməsini tələb edir. Permanent makiyajın tətbiqindən bir ay sonra rəngin son bərkiməsi baş verir və epidermis tamamilə bərpa olunur. Lakin yadda saxlamaq lazımdır ki, prosedurun uğurlu olması əsasən zədələnmiş dəriyə düzgün qulluq etməkdən asılıdır.
Aşağıdakılar əsasında hazırlanıb:
1. Araviyskaya E. R., Sokolovskiy E. V. Dermatokosmetologiya üzrə təlimatlar. - SPB: "Foliant Nəşriyyatı" ASC, 2008. - 632s.
2. De Kuiper S. Permanent makiyaj: göstəricilər və ağırlaşmalar. Klin Dermatol. 2008 yanvar-fevral; 26 (1): 30-4.