Döymələr: zədələnmiş dəri üçün düzgün qulluq
Məzmun cədvəli:
- Döymənin sağalma prosesi
- Döymədən sonra dəriyə qulluq
- Döymənin sağalması üçün vasitələr
- Sağalmamış döyməyə qulluq üçün "Bepanten Plus" kremi
- Sağalma mərhələləri
- Profilaktika
Döymənin tətbiq etmə prosesi ağır bir travma ilə əlaqələndirilir1. Sağalması fəsadlarsız davam etməsi üçün hansı kremdən istifadə və hansı qaydalara riayət etmək əvvəlcədən bilmək lazımdır. Bu, iltihablanmış dəriyə düzgün qulluq təmin edəcək və tatunu uzun illər parlaq saxlayacaqdır2,3.
Döymənin sağalma prosesi
Hər bir insanın dərisi döymənin tətbiq edilməsinə özünəməxsus şəkildə reaksiya verir. Sağalmanın uzanacağı dövr aşağıdakı amillərlə müəyyən edilir3:
- Döymə olunan hissə. Döymənin sağalma prosesi, əgər naxış qarın, bud, sağrı və sinədə yerləşirsə, daha asan keçir. Boyun, ayaq biləyi, barmaqlar kimi sahələr təsirə məruz qalıbsa, tam bərpası daha uzun çəkə bilər.
- Döymənin sahəsi. Sahə nə gədər böyükdürsə, bərpa müddəti daha uzun çəkir.
- Xəttin qalınlığı. Nazik xətlər daha sürətlə sağalır, çünki tərkibində daha az boya olur. İnsan orqanizminin fərdi xüsusiyyətlərini, yaşını, xroniki xəstəliklərin mövcudluğunu və s. nəzərə almaq lazımdır.
Döymədən sonra dəriyə qulluq
Boyama piqmentinin itkisini minimuma endirmək üçün bir neçə il fərqlə "əvvəl" və "sonra" fotosunu etmək üçün ilk günlərdə zədələnmiş dəriyə düzgün qulluq etmək vacibdir. Mütəxəssislər fərqli yanaşmalar irəli sürə bilərlər, lakin ümumiyyətlə qəbul olunan tövsiyə budur1-3:
- Axşam və ya ertəsi gün, ustanın yapışdırdığı qoruyucu qatı çıxarmaq lazımdır. Bəziləri, antibakterial sabun istifadə edərək qıcıqlanmış dərini yumağı məsləhət görür. Tətbiq edilən sahəni ovuşdurmaq, isti vannada uzanmaq olmaz.
- Gigiyena prosedurundan sonra təmiz dəsmal ilə nəmi silmək və döyməyə xüsusi müalicəvi krem tətbiq etmək lazımdır.
Heç bir halda döyməni qaşımaq və qabıq olmuş dərini təmizləmək olmaz. Ayrıca, döymə tətbiq edildikdən sonra ilk 7 gündə hamam, sauna, hovuza getmək və qaralmaq olmaz.
Döymənin sağalması üçün vasitələr
İltihab əleyhinə krem ilə döymənin ilk müalicəsi salonda aparılır. Usta hazır olmuş rəsmin necə göründüyünü göstərir və müştərinin razılığını aldıqdan sonra, döyməyə sağaldıcı vasitə sürür, üstündən qoruyucu plenka yapışdırır1,3.
Əlavə qulluq üçün yara sağaldıcı krem almaq və gündə 1-2 dəfə iltihablı dəriyə tətbiq emək lazımdır. Dərman seçərkən bir və ya bir neçə aktiv maddənin tərkibinə daxil olmasına diqqət yetirmək lazımdır1-3:
- Regenerasiyaedici komponentlər, məsələn, provitamin B5. Bu ən effektiv yara sağaldıcı komponentlərdən biridir. Zədələnmiş toxumalarda metabolik proseslərin yaxşılaşdırılmasına köməklik edir, bunun sayəsində dərinin bərpası daha da sürətlənir2.
- Antibakterial birləşmələr, məsələn, xlorheksilin, zədələnmiş dərinin infeksiyadan qorumaq üçündür.
Döymənin sağaldıcı kreminin tərkibində zədələnmiş dərini qıcıqlandırmağa meylli ətir və boyaların olmaması arzu edilir3.
Sağalmamış döyməyə qulluq üçün "Bepanten Plus" kremi
Sağalmamış döymənin müalicəsi üçün “Bepanten Plus” kremi istifadə etmək olar. Tərkibindəki provitamin B5 və xlorheksidin iltihablı dərini dezinfeksiya edir və bərpa proseslərini stimullaşdırır. Onun soyuducu təsiri ağrıları sakitləşdirir.
“Bepanten Plus” kremi asanlıqla tətbiq edilir və sürətlə sorulur, paltar və dəridə yağlı iz buraxmır.
Sağalma mərhələləri
Salon ustaları adətən öz müştərilərinə döymələrin sağalma prosesini belə izah edirlər1-3:
- Birinci gün. Dəri şişmiş, iltihablı olur. Səthində rəngləmə tərkibinin çirkləri olan selik müşahidə olunur. Bu, bəzilərinin düşündüyü kimi, rəngənmiş limfadır.
- İkinci gün. Limfa artıq ayrılmır. Dəri rəngləmə maddəsinə alışmağa başlayır. Xoşagəlməz dartılma hissi yarana bilər. Sağalmaq üçün istifadə olunan kremlər kömək edə bilər – məsələn, Bepanten Plus.
- Üçüncü gün. Döymənin üstündə qabıq əmələ gəlir. Qabıq olan sahə çox qaşınır. Onu çıxarmaq və qaşımaq olmaz. Narahatlığı aradan qaldırmaq üçün, vaxtaşırı ovucunuzla iltihablı bölgəyə yüngül şəkildə vurub, üzərinə yara sağaldıcı krem tətbiq etmək olar.
- Dördüncü-altıncı günlər. Plenkanın yerinə qabıq əmələ gəlir, dəri soyulur. Şəklin rəngi solur (amma bu müvəqqətidir!). "Qabığı" çıxartmaq lazım deyil - özü-özünə düşməlidir.
Döymə olunan hissədə qaşınma və soyulma dayandırdıqda, ətrafındakı sağlam dəri ilə təmasda eyni olduqda, müvəffəqiyyətli sağalma haqqında danışmaq olar.
Profilaktika
Döymə tətbiq etdikdən sonra dərinin şiddətli iltihabının qarşısını almaq üçün qaydaları xatırlamaq lazımdır1-3:
-
Salon ustasının verdiyi tövsiyələrə riayət etmək.
-
Zədələnmiş dərinin gündəlik yara sağaldıcı krem ilə müalicəsi.
-
Döymə sahəsinə diqqətli yanaşma. İltihablanmış dərini sürtmək və qaşımaq olmaz.
-
Sağalmamış döyməni təmiz saxlamaq, onu günəşdən qorumaq lazımdır.
Bədənin ehtiyac duyduğu bütün vitamin və mineralları alması üçün düzgün qidalanmaq da vacibdir. Bu, bərpa prosesinə müsbət təsir göstərəcəkdir.