Uşaq dərisinə qulluq: dəri quruluğunun xüsusiyyətləri və quruluq əleyhinə vasitələr
Mündəricat:
- Yeni doğulmuşların dərisinin quruluşunun xüsusiyyətləri
- Körpənin dərisinə qulluq qaydaları
- Körpə uşağın əl-üzünün yuyulması
- Bədənə düzgün qulluq
- Körpə dərisinə qulluq vasitələri
- Uşaq dərisinin yayılmış poblemləri
Yeni doğulmuş körpənin dərisi çox zərif, formalaşmamış örtük strukturudur. Dünyaya gəldikdən sonra, uşaq müxtəlif ətraf mühit şəraiti ilə təmas etməyə başlayır. Bişməcənin, quruluğun və qıcıqlanmanın əmələ gəlməsinin qarşısının alınması və ya onun öhdəsindən gəlməkdə yardım edilməsi üçün, onun dərisinə diqqətli qulluğu təmin etmək lazımdır.
Yeni doğulmuşların dərisinin quruluşunun xüsusiyyətləri
Körpənin bütün orqanları və sistemlərində olduğu kimi, yeni doğulmuşun dəri örtükləri hələ yetişməyib və istənilən qıcıqlandırıcılara qarşı xüsusilə həssas olur1.
Uşaq dərisinin xüsusiyyətləri:
-
Yuxarı qatın yumşaq quruluşu. Dərinin xarici qatının hüceyrələri möhkəm deyil və yüngül qopur. Aşağı qat (bazal membran) zəif inkişaf etmiş, az sayda möhkəm lifli sellülozdan ibarətdir. Buna görə, o, asanlıqla travma alır və infeksiyalara daha zəif şəkildə qarşı durur.
-
Körpə dərisinin yaxşı qan təchizatı ona "nəfəs almaq" imkanı verir, lakin infeksiyanın qan axınına tez bir zamanda daxil olmasına səbəb olur.
-
Körpənin piy vəziləri ana südü hormonlarının təsiri altında ilk günlərdə artıq miqdarda dəri piyi ifraz edir. Daha sonra sekresiya normaya qayıdır və yenidən artıq cinsi yetişkinlik dövründə yenilənir.
-
Dərinin tər vəzilərinin inkişaf etməmiş olması ki, bu da yenidoğulmuşun həddindən çox isinməsinə gətirib çıxarır.
-
Körpənin dərisi nazik, formalaşmamış qatlardan daxil olan və epidermisdə qalan mayeni toplayır. Bəzi maddələr (məsələn, sidik cövhəri) həmçinin dəri baryerlərindən yaxşı nüfuz edir və asanlıqla qıcıqlanma və allergiyaya səbəb olur1.
Yeni doğulmuşun dərisinin yetişkən olmaması, onun yüksək həssaslığı və keçiriciliyi xüsusi, diqqətli və ehtiyatlı, qulluq tələb edir.
Körpənin dərisinə qulluq qaydaları
- Uşaq dərisinin sidik və nəcislə uzun müddət təmasda olmasına yol verməmək: bu qıcıqlanmaya və bişməcəyə gətirib çıxarır2;
- paltar yumşaq, ən yaxşısı təbii materiallardan birindən və tikişsiz olmalıdır3;
- birbaşa günəş şüalarından qaçmaq: formalaşmamış istilik mübadiləsi prosesi səbəbi ilə, körpə həddindən çox isinə bilər3;
- uşaqda dəri quruluğuna və ya dermatitin inkişafına səbəb ola biləcək gündəlik qulluq üçün vasitələrdən istifadə etməmək; uşaq kosmetikasının tərkibində, imkan daxilində, konservant olmalı deyil1;
- hava vannaları qəbul etmək: uşağın dərisinə "nəfəs almaq" imkanı vermək, gigiyenik prosedurlardan dərhal sonra bez taxmamaq1;
- uşaq əmizdirmə həmçinin dərinin sağlamlığının qorunub saxlanmasına və ümumilikdə uşağın immunitetinin inkişafına səbəb olur1.
Bu asan tədbirlərə riayət edilməsi körpənin dərisinin sağlamlığı üçün optimal şərait yaratmaqda kömək edəcək.
Körpə uşağın əl-üzünün yuyulması4
Uşağı əl-üzünü zərurət yarandıqca yumaq lazımdır. Uşağın üzünün hər bir hissəsinə diqqət yetirin. Səhər qulluğuna aşağıdakı prosedurlar daxildir:
- pambıq tamponu ilə gicgahın, qaşların, gözlərin daxili künclərinin (hər bir göz üçün ayrıca tampon istifadə edin) silinməsi;
- körpə dərisinin qulaq çanağı sahəsində işlənməsi, çünki onun üzərinə əmizdirmə zamanı qarışıq və ya ana südü düşə bilər: təmiz nəm tamponla diqqətlə qulaqları və onların arxasındakı sahələri silin.
Zərurət yarandıqca, burnu da təmizləmək lazımdır. Steril pambıq çubuğunu fiziki məhlulda isladın və ehtiyatla, selikli qişanı zədələmədən, yumşaq fırlama hərəkətləri ilə, quru qabıqları götürün. Bütün hərəkətlər yavaş və ehtiyatlı olmalıdır: körpə dərisi çox zərifdir və ona travma vurmaq asandır.
Bədənə düzgün qulluq5
Körpəni gecə yatmazdan öncə, axşam əmizdirdikdən sonra çimdirin – bu uşaqda düzgün gün rejiminin formalaşmasını stimullaşdırır.
Çimmək üçün suyu hazırlayın (optimal temperatur – 37-38 dərəcə, temperaturu ölçmək üçün xüsusi termometrdən istifadə edin). Uşağı belindən, başından və yanından dəstəkləyərək, yavaşca vannaya qoyun. İlk növbədə üz və baş sahəsini yuyun, daha sonra tədricən bədənin digər hissələrinə enin. Çimmək prosesinin sonunda uşağı təmiz su ilə yaxalamaq lazımdır. Çimdikdən sonra, maye qalıqlarını ehtiyatla yumşaq isti dəsmalla qurutmaq lazımdır: unutmayın ki, körpənin dərisi çox zərifdir, buna görə onu sürtmək olmaz. İndi uşağa əvvəlcədən hazırlanmış təmiz paltar geyindirmək olar. Bütün prosedur körpənin davranışından asılı olaraq 15-20 dəqiqə çəkir.
Çimdirmə zamanı xüsusi vasitələrdən istifadə etməmək də olar. Unutmamaq lazımdır ki, qələvi sabun və ya həddindən çox sərt su dermatitə səbəb ola bilər.
Körpə dərisinə qulluq vasitələri6
Uşaq qulluq vasitələrinə qarşı xüsusi tələblər irəli sürülür:
- dərinin diqqətlə təmizlənməsi üçün uşaq losyonunun tərkibində süni aromatizatorlar və spirt olmalı deyil;
- uşaq kremi və yağı yumşaldıcı və müdafiə xüsusiyyətlərinə malikdir, elastikliyi və möhkəmliyi artırır, onları dermatitdən sonra dəriyə qulluq zamanı istifadə etmək olar;
- uşaq sabunun tərkibində qələvi komponentlər olmalı deyil;
- çimdirmə üçün uşaq şampunundan həftədə 1-2 dəfədən çox istifadə etmək lazım deyil5.
Yenidoğulmuşun dərisi qurudursa, çimdirmə üçün xüsusi vasitələrdən istifadə etmək olar. Kosmetikanın hamısı ciddi şəkildə fərdi olaraq seçilir. Krem, losyon və digər vasitədən istifadə etməzdən öncə əmin olun ki, uşağın ona qarşı allergiyası yoxdur.
Körpədə dermatitin və quru dərinin profilaktikası7
Yeni doğulmuş uşağın dərisi asanlıqla qıcıqlanır. Daha çox aşağıdakı problemlərə rast gəlmək olar.
Dermatit. Daha çox bələnən və ya bez taxılan yerlərdə inkişaf edir. Yan, qasıq, xarici cinsi orqanlar, təbii qırışlar sahəsində qızartılar və şişkinliklər təşkil edir. Xoşagəlməz nəticəsi infeksiyanın qoşulması ola bilər ki, bu da irinlikli xəstəliklərin inkişaf etməsinə gətirib çıxara bilər. Uşaq ağlağan, şıltaq olur, yeməsi və yatması pis olur.
Dermatitin inkişaf etməsinin səbəblərindən biri körpənin təbii əmizdirmədən qarışıq və ya süni qidalanmaya keçirilməsidir. Bu, nəcis xüsusiyyətlərinin dəyişməsinə, onun tərkibində allergiya fermentlərinin miqdarının artmasına gətirib çıxarır. Uşağın uzun müddət ərzində nəm bezdə olması ona gətirib çıxarır ki, uşaq nəcis ifrazatlarının komponentləri dəri qıcıqlanmasına səbəb olur.
Dermatit zamanı yenidoğulmuşun dərisi necə qulluq tələb edir? Çalışın ki, uşaq mümkün qədər az vaxtı batmış bezdə olsun. Uşağı, ehtiyatla dərini dəsmalla qurudaraq, axar su altında tez-tez yuyun, hava vannaları keçirin. Bəzi hallarda, xüsusilə, ağırlaşmalar zamanı, effektiv müalicə vasitələrinin təyin olunması üçün pediatr və ya dermatoloq konsultasiyası lazım olur. Dermatitdən sonra dərinin bərpa olunması üçün diqqətlə həkimin tövsiyələrinə və gigyena rejiminə riayət etmək lazımdır.
Quru dəri körpədə uşaq qulluq vasitələrinin səhv seçilməsi zamanı, habelə ətraf mühit şəraitinin təsiri altında – həddindən artıq günəş altında olduqda, küləyin təsiri altında müşahidə oluna bilər. Lakin həddindən artıq quruluq həyəcan siqnalı da ola bilər: o, susuzlaşma, mayenin kifayət qədər qəbul olunmaması, bəzi hallarda səhv qidalanma və ya endokrin sistemi xəstəliklərinin inkişaf etməsi barədə xəbər verir. Bu problemin həll olunmasında pediatr yardım edəcək8.
Körpənin dərisinin quruluğuna müstəsna olaraq xarici amillər səbəb olursa, düzgün qulluğa diqqət yetirin. Çimdirmə üçün vasitəni dəyişin (və ya ondan imtina edin və dərinin vəziyyətini müşahidə edin). Pediatrla birgə xüsusi olaraq körpə uşağın dərisinə qulluq üçün keyfiyyətli nəmləndirici krem, yağ və ya maz seçin.
1. Qorlanov İ. A., Leina L. M., Milyavskaya İ. R. Yenidoğulmuşların dərisi: patoloji vəziyyətlərin diferensial diaqnostikası, baxım xüsusiyyətləri // Tibbi şura. 2013. № 2-3.
2. Adam R., Uşaq dərisinə gigiyenik baxım // VSP.2010. №5, s. 91-93.
3. Rıbkina N.L. Yenidoğulmuşun dərisinə baxıma müasir yanaşmalar // Müasir kliniki tibb xəbərləri. 2014. №6, s. 86-87.
4. Spok B. Uşaq və ona baxım. M.: Politexnika, 1991, s. 46.
5. Yenidoğulmuş körpə dərisinə qulluq. Elmi əsaslı metodiki tövsiyələr. 2016, s. 66.
6. Şegelskaya T.Y. Uşaqların dərilərinə müasir baxım vasitələri atopik dermatit zamanı baza terapiyasının əsası kimi // Saratov elmi- tibbi jurnalı. 2016. №3, s. 488-489.
7. Keşişyan Y. S. Uşaq yaşlarında dərinin anatom- fizioloji xüsusiyyətləri // Tibb şurası, 2008. № 1-2. S. 57-60.
8. Protsenko T.V., Protsenko O.A. Dermatologiyada quru dəri sindromu: yaranma mexanizmi və müalicəvi- kosmetik baxım. Ukrayna dermatologiya, venerologiya, kosmetologiya jurnalı. 2009. - №3. – s. 62-65.