Uşağın əmizdirilməsi zamanı döş gilələrinin çatlaması
Mündəricat:
- Çatların simptomları
- Döş gilələrinin zədələnməsinin səbəbləri
- Mümkün ağırlaşmalar
- Uşaq əmizdirmə texnikası
- Çatlarla mübarizə üsulları
- Döş gilələrindəki çatlardan necə xilas olmalı?
Uşağı əmizdirərkən, bəzi qadınların döş gilələrində güclü ağrılarla müşayiət olunan çatlar əmələ gəlir1. Bu cür çatlar təbii üsulla uşaq əmizdirmədən imtinaya və uşağın uşaq qarışığına keçməsinə səbəb ola bilər, halbuki ana südü uşaq üçün daha faydalıdır. Onun tərkibində sadəcə qidalandırıcı maddələr deyil, həmçinin infeksiyalardan müdafiəni təmin edən ana anticisimləri var. Bununla birgə, uşaq əmizdirmə zamanı ana ilə uşaq arasında onların gələcək münasibətləri və körpənin inkişafı üçün əhəmiyyət kəsb edən daha sıx əlaqə yaranır. Profilaktika və vaxtında edilmiş müalicə döş gilələrinin çatlarını aradan qaldırmağa, eyni zamanda uşaq əmizdirmə prosesini qoruyub saxlamağa kömək edir.
Çatların simptomları1,2
Döş gilələrinin çatları gilənin mərkəzindən onun kənarına (areolaya) doğru gedən xətti zədələrdir. Onlar tək-tək və ya çoxsaylı, müxtəlif dərinlikli, bir və ya hər iki süd vəzisində ola bilər. Qadınların döş gilələrində çatlar uşaq əmizdirmə və ya hətta toxunuş zamanı kəskin ağrı hissləri ilə müşayiət olunur. Zədələnmə nə qədər dərindirsə, ağrılar o qədər güclü olur. Bəzən şəffaf maye və ya qanlı irin ifraz oluna bilər. Çatlar müalicə edilmədiyi halda, yoluxucu ağırlaşmalar əmələ gələ bilər: qızartı artır, kiçik yaralardan irinli ifrazat əmələ gəlir, iltihab inkişaf edir.
Çatların yaranma səbəbi
Döş gilələrinin dərisi çox nazik olur, uşaq əmizdirərkən, dəri qeyri-adi güclü təsirə məruz qalır. Uşağın damağı sərt olur, uşaq doğulduqdan sonrakı ilk günlərdə isə uşağı ən azı sutkada 10 dəfə əmizdirmək lazım olur3. Kiçik çatların əmələ gəlməsi təəccüblü deyil! Tədricən, dəri sərtləşir, onun zədələnməsi riski azalır, xoşagəlməz hisslər yox olur.
Başqa cür desək, uşaq əmizdirmə zamanı döş gilələrinin çatları körpənin həyata gəldiyi ilk günlərdə tez-tez rast gəlinən bir problemdir.
Kiçik çatların əmələ gəlməsinə səbəb olan bir sıra amil var4:
- Döş giləsinin düzgün tutulmaması
Uşaq döş giləsini tam, areolla birlikdə, tutmalıdır. Bu cür olan halda, əmizdirmə zamanı yük bərabər şəkildə paylanır, süd isə körpənin ağzına asanlıqla daxil olur. Uşaq sadəcə döş giləsini tutduğu halda, döşdən süd çıxmır, körpə onu sıxır və daha çox dartır ki, bu da döş giləsi dərisinin zədələnməsinə gətirib çıxarır. Bu zaman süd döşdə qalır və durğunluq yaradır (laktostaz) ki, bu da iltihaba, yəni mastitə gətirib çıxarır. - Döş giləsi formasının düzgün olmaması
Döş giləsi yastı və ya dartılmış formada olduğu zaman körpə onu çətinliklə tuta bilir, bu isə sıyrıq və çatların əmələ gəlməsi ehtimalını artırır. - Uşağın döşdən düzgün ayrılmaması
Süd əmdiyi zaman uşağı döşdən ayırmağa çalışdığınız halda, o, instinktiv olaraq, onu damağı ilə daha güclü sıxacaq və döş giləsi dərisini zədələyəcək. Döşü yalnız o zaman çıxarmaq olar ki, körpə onu özü buraxmış olsun. - Uzunmüddətli əmizdirmə
Uşağı ən çoxu 30 dəqiqə ərzində əmizdirmək lazımdır3 – döşdə süd artıq qalmayacaq, lakin uşaq döş giləsinə travma vurmağa davam edir. Uşaq döş giləsini möhkəm tutursa, qıraqdan onun ağzına təmiz barmağı salmaq olar – bu tutma gücünü zəiflətməyə kömək edəcək. - Yanlış süzmə
Əllə və ya südsoran cihazla döş giləsinə həddindən çox intensiv təzyiq göstərildikdə də çatların əmələ gəlməsi mümkündür. - Qarışıq əmizdirməUşaq gah ana südü, gah da butulkadan qidalandırıldığı halda, onun "tənzimləmələri pozulur": döşdən südün əmilməsi üçün gücü həmin an "hesablamaq" alınmır. Bu səbəblə, döş giləsi dərisinə göstərilən təzyiq həddindən artıq ola bilər. Bundan əlavə, əmizdirmə "texnikası" və döş gilələri fərqli olur, buna görə uşağın qarışıq şəkildə əmizdirilməsi bəzən döş giləsinin yanlış tutulması ilə nəticələnə bilər.
- Həddindən artıq gigiyena
Sabundan tez-tez istifadə edilməsi dərini müdafiə edən su- lipid qatını pozur. O, quruyur, bu səbəblə kiçik çatlar yarana bilər. pH neytral vasitələrdən gündə iki dəfədən çox olmayaraq, istifadə etmək tövsiyə olunur. Kosmetikanın tərkibinə diqqət yetirmək əhəmiyyətlidir: bütün komponentlər körpə üçün təhlükəsiz olmalıdır. Spirt tərkibli məhlullardan istifadə etmək qəti qadağandır – onlar dərini çox qurudur və lipid qatını məhv edir. - Qadının orqanizmində vitamin və minerallar çatışmazlığıHamiləlik zamanı qadının orqanizmi döllə zəruri faydalı maddələri paylaşır, doğuşdan sonra isə adətən onların çatışmazlığı vəziyyətinə düşür. Hipovitaminoz, mikroelement çatışmazlığı dərinin elastikliyinin və müdafiə xüsusiyyətlərinin zəifləməsinə gətirib çıxarır ki, bu da, öz növbəsində, qadının döş gilələrində kiçik çatlara səbəb ola bilər.
- Uşağın ağzının selikli qişasının kandidozu
Uşağın ağzında Candida albicans göbələklərinin səbəb olduğu ağımtıl ərp əmələ gəlirsə, deməli, hər uşaq əmizdirilərkən, döşün dərisi onlarla təmasda olur: bu cür qonşuluq ananın döş gilələrində çatların əmələ gəlməsinə səbəb ola bilər. - Sintetik alt paltarının və əlavələrin istifadə edilməsi
Kip hopdurucu əlavələr və sintetik parçalardan olan alt paltarlar dərinin "nəfəs almasını" çətinləşdirir, nəm mühitlə davamlı təmas isə iltihablı proses və yoluxucu ağırlaşma riskini artırır.
Mümkün ağırlaşmalar1,2
Uşaq əmizdirmə zamanı döş gilələrində çatlar infeksiya üçün "giriş qapılarıdır". Dərinin müdafiəsi və dəriyə lazımı qulluq olmadığı zaman davamlı müalicə və təbii əmizdirmənin dayandırılmasını tələb edən ağırlaşmalar inkişaf edir.
Ağırlaşmaların əsas səbəbi dərinin səthində mövcud olan bakteriyalardır: stafilokokklar, streptokokklar. Müəyyən şəraitdə onlar intensiv şəkildə çoxalmağa başlayır və iltihaba səbəb olur. Onların çoxalmasına həddindən çox isinmə və yüksək rütubət səbəb olur. Bu cür şərait süd axdığı, büsthalterdəki əlavələr müntəzəm olaraq dəyişdirilmədiyi zaman yaranır1,3.
Döş gilələri çatlarının səbəb olduğu və daha çox rast gəlinən ağırlaşma süd vəzisi iltihabı, mastitdir. Onun xarakterik əlamətləri: qızartı, ödem, döşün bərkiməsi, bütün bunların adətən bədən temperaturunun yüksəlməsi ilə müşayiət olunması. Qadın süd süzüldükdə güclənən kəskin ağrı hiss edir. Süddə qan və irin qarışığı əmələ gəlir, buna görə uşaq əmizdirmə dərhal dayandırılır.
Uşaq əmizdirmə texnikası3
Döş giləsi çatlarından xilas olmaq məcburiyyətində qalmamaq üçün, dərhal uşaq əmizdirmə prosesini düzgün qaydaya salmaq əhəmiyyətlidir. Sağlamlıqları ilə əlaqədar olaraq buna maneçilik törədən hallar olmadığı halda, yenidoğulmuş, həyatının ilk yarım saatında ən azı 30 dəqiqəlik ananın sinəsinə qoyurlar. Bu psixoloji əlaqənin qurulması və laktasiyanın stimullaşdırılması üçün əhəmiyyətli məqamdır. Qadında süd hələ yoxdur, uşaq yalnız bir az ağız südü – doğuşdan sonra ananın süd vəzilərindən ifraz olunan faydalı maddələr konsentratı əldə edə bilir.
Daha sonra sərbəst uşaq əmizdirmə texnikasından istifadə etmək tövsiyə olunur – uşağı vaxtla deyil, uşaq tələb etdikcə əmizdirirlər. Yenidoğulmuş bunu 10- 12 dəfə tələb edir, həyatının ilk ayının sonunda isə – artıq sutkada 7- 8 dəfə.
Uşaq əmizdirmə texnikasında əsas məsələ döş giləsinin düzgün "tutulmasıdır". Bu zaman döş giləsi və areol uşağın ağız boşluğuna tam daxil olmalıdır. Bunun üçün əmizdirmə zamanı uşağın ağzı geniş şəkildə açılmalı, aşağı dodağı çölə çevrilməli, çənəsi isə ananın döşünə toxunmalıdır. Uşaq ağzını kifayət qədər geniş açmırsa, onun yanağını və ya aşağı dodağını döş giləsi və ya barmaqla sığallamaq lazımdır – ağızın açılmasını təmin edən soruma refleksi və xarakterik dodaq hərəkətləri işə düşəcək.
Əlavə suyun və ya qlükoza məhlulunun verilməsindən, əmziklərin və butulkaların istifadə olunmasından imtina etmək arzuolunandır. Ana südündə uşaq üçün zəruri olan hər şey var, əmziklər isə soruma texnikasını dəyişir ki, bu da döş giləsinin yanlış tutulmasına gətirib çıxara bilər. Ananın döş gilələrində laktostaza və mastitin inkişafına səbəb ola biləcək çatların əmələ gəlməsinin qarşısını almaq üçün, uşağın döşü tam əmməsinə nəzarət etmək və ya artıq südü süzmək zəruridir.
Çatlarla mübarizə üsulları
Döş gilələrinin çatlarından xilas olmaq onların əmələ gəlməsinin qarşısını almaqdan daha çətindir, bunun üçün isə, uşaq əmizdirmə texnikasına riayət etməklə bərabər, süd vəzisinə düzgün baxımı təmin etmək zəruridir. Asan tövsiyələrə riayət edilməsi zərif dərinin elastikliyini və onun yerli qoruyucu xüsusiyyətlərini qoruyub saxlamağa imkan verəcək.
Uşaq dünyaya gəlməzdən öncə, aşağıdakıları etmək zəruridir1:
- Hər gün döşü ilıq su ilə yumaq. Son trimestrdə sabundan imtina etmək məsləhətdir, çünki areolların vəziləri təbii qoruyucu maddə ifraz edir. Sabun onu yuyur və doğuşdan sonra döş gilələrində çatlar əmələ gələ bilər.
- Yumadan sonra kosmetik yağla döş gilələrini yüngülcə masaj etmək faydalıdır.
- Kontrast vannalar (növbə ilə isti və soyuq suyun istifadə edilməsi) döş gilələri nahiyəsi əzələlərinin qısalmasını və boşalmasını məşq etdirməyə kömək edir ki, bu da gələcəkdə uşaq əmizdirmə prosesini asanlaşdıracaq.
- Döşü hər gün sərt parça ilə (saçaqlı dəsmalla) sürtmək tövsiyə olunur: dəri nə qədər az həssas olarsa, uşaq əmizdirmə səbəbi ilə döş gilələrində çatların əmələ gəlməsi ehtimalı o qədər az olur.
Uşaq dünyaya gəldikdən sonra aşağıdakıları etmək arzuolunandır1,2:
- Zərurət yarandıqca, döşü ilıq su ilə yumaq (sabunsuz), daha sonra isə ehtiyatla kağız və ya tekstil dəsmalla qurulamaq. Sabunu gündə 1- 2 dəfədən çox olmamaqla istifadə etmək arzuolunandır, bu cür edildikdə, dəri həddindən çox qurumur və sabunun südlə birlikdə uşağın orqanizminə düşməsi riski azalır.
- Döş gilələrinə baxım üçün spirt tərkibli vasitədən istifadə etməmək – bu dərini çox qurudur və onun qoruyucu lipid qatını məhv edir.
- Büsthalter üçün təbii materiallardan olan, hava buraxan və yaxşı hopdurma qabiliyyətinə malik xüsusi əlavələrdən istifadə etmək. Su ilə davamlı təmasdan qaçmaq üçün (adətən, məhz bu səbəblə ananın döş gilələrində çatlar əmələ gəlir), onları müntəzəm olaraq dəyişmək lazımdır.
- Çatlara qarşı döş gilələrinin dərisini nəmləndirən, onun qoruyucu xüsusiyyətlərini artıran xüsusi kremlərdən və ya məlhəmlərdən istifadə etmək. Onlar uşaq əmizdirildikdən dərhal sonra vurulur ki, uşaq növbəti dəfə əmizdirildiyi zaman vasitə hopa və təsir göstərə bilsin. Kremin qalıqları döş gilələrinin səthində yuyulduqdan sonra belə qala bilər, deməli, onun uşaq orqanizminə düşməsi ehtimalı var. Bu səbəblə, preparatı ehtiyatla seçmək, bunu edərkən, təbii və təhlükəsiz tərkibi olan vasitələrə üstünlük vermək lazımdır.
Döş gilələrindəki çatlardan necə xilas olmalı?
Döş gilələri dərisinə qulluq üçün B5 provitamini əsaslı məlhəmdən – məsələn, Bepanten məlhəmindən istifadə etmək olar. Çatların müalicəsi üçün, bu vasitənin tərkibinə, qeyd olunan komponentdən başqa, yüksək miqdarda lanolin* daxildir.
B5 provitamini dəri hüceyrələrinin bölünməsini stimullaşdırır, onun yenilənməsini təmin edir və çatları sağaldır5. Yüksək miqdarda lanolin B5 vitamininin dərinin dərin qatlarına nüfuz etməsinə səbəb olur, onun səthində isə qoruyucu qat yaradır ki, həmin qat oksigenin keçidinə maneçilik törətmir və dərinin nəfəs almasını pozmur6,7. Lanolin ABŞ Qida məhsulları və dərman vasitələrinin keyfiyyətinə sanitariya nəzarəti üzrə idarəsi (Food and Drug Administration, FDA) tərəfindən uşaq əmizdirmə zamanı döş gilələri dərisinə qulluq üçün təsdiq edilib7.
Çatlara qarşı vasitəni əvvəlcədən almaq və doğum evinə aparmaq məsləhətdir. Kremi doğuşdan öncə istifadə etmək olar, uşaq əmizdirməyə başlayan kimi istifadəsi isə mütləqdir ki, bu döş giləsi dərisini nəm və elastik olaraq qoruyub saxlayacaq. Bəzi preparatları, məsələn, Bepanteni yalnız özünüz üçün deyil, həmçinin körpə üçün istifadə edə bilərsiniz, məsələn bişməcə əmələ gəldiyi zaman. Onun bu cür çox funksiyalı olması vasitənin yüksək təhlükəsizlik profili ilə şərtləndirilir ki, bu da onu hətta ən həssas dəridə belə tətbiq olunmasına imkan verir7.
Döş gilələrindəki çatlar ana və körpə üçün çox əhəmiyyətli olan uşaq əmizdirmə prosesindən imtina etmək üçün səbəb deyil. Çatları mümkün qədər tez bir zamanda müalicə etmək, uşaq əmizdirmə zamanı isə döş gilələrinə düşən yükü və bunun səbəb olduğu ağrı hisslərini azaldan silikon əlavələrdən istifadə etmək lazımdır. Çatlar bir döşdə yarandığı zaman uşağı daha çox sağlam olanla əmizdirmək lazımdır ki, ikinci südə vəzisindəki dəriyə bərpa olunmaq imkan verilmiş olsun. Gigiyena qaydalarına riayət etmək və döş üçün hava vannaları təşkil etmək əhəmiyyətlidir. Əlavə olaraq, hər uşaq əmizdirdikdən sonra xüsusi preparatlardan, məsələn, Bepantendən istifadə etmək tövsiyə olunur. Döş gilələri çatlarının müasir müalicəsi antibakterial terapiya və uşaq əmizdirmə prosesinin dayandırılmasını tələb edən yoluxucu ağırlaşmaların profilaktikasından ibarətdir1,2.
* Bepanten məlhəminin tərkibindəki lanolin köməkçi maddə qismində, 250 mq/qr. miqdarda mövcuddur.
1. Baluşkina A.A., Tyutyunnik V.L., Kan N.Y. və digərləri. Doğuşsonrası dövrdə döş gilələri çatlarının terapiyası və profilaktikası. Consilium Medicum. Pediatriya (Əlavə). 2015; 3: 14–17.
2. Averina V.İ. Laktasiya dövründə qadınlarda döş giləsi çatlarının profilaktikası və müalicəsi // Tibb şurası. 2014. S. 132-136.
3. PEDİATRİYA. N.P.Şabalovanın redaksiyası ilə tibbi ali təhsil müəssisələri üçün dərs vəsaiti, — SPB.: SpesLit, 2003. — 893 s.
4. Makatsariya A.D., Kuznetsov S.V. Ana və körpə. – М.: OLMA-PRESS İnvest, 2006. – s. 246.
5. 60 qadının iştirak etdiyi ikili koranə plasebo nəzarət olunan tədqiqat çərçivəsində, 7 həftə terapiya ərzində döş gilələri çatlarının sağaldığı qadın pasiyentlərin sayı, plasebo ilə müqayisədə, Bepanten məlhəmi ilə müalicə zamanı əhəmiyyətli dərəcədə çox olmuşdur (34% müqayisədə 68, p <0,05). Dubecq J.P., Detchart M. Döş gilələri çatlarının profilaktikasında və müalicəsində pantoten məlhəminin öyrənilməsi. Med Praticienne 1977; 665: 154-155.
6. Flesch P., Satanove A, Brown CS. Yerli agentlərin dəri vasitəsilə sorulmasının və insan dərisinə göstərdiyi kimyəvi təsirinin tədqiq edilməsi metodları. J Invest Dermatol. 1955 Nov;25(5):289-300.
7. Vasilyevski İ.V. Yenidoğulmuşlarda və körpələrdə dəri baxımının optimallaşdırılması / Beynəlxalq araşdırmalar: klinik təcrübə və sağlamlıq. - 2015. - №1. - s. 5-18