Bişməcələrin profilaktikası
Məzmun cədvəli:
- Körpələrdə bişməcənin əmələ gəlmə səbəbləri
- Bişməcənin qarşısının alınması və ona qulluq qaydaları
- Profilaktika üçün vasitələr
Bişməcə, uşaq bezi dermatiti kimi də tanınan, körpələrdə çox yayılan bir haldır. Əsasən dəri qatlarında, paltar və uşaq bezinə qarşı sürtünmə yerlərində əmələ gəlmiş iltihab sahələridir. Bişməcə körpələrdə narahatlıq hissi yaradır, körpələrə qulluq etməyin sadə qaydalarına əməl etməklə, uşaq bezi dermatitinin yaranmasının qarşısını almaq mümkündür. Əgər bişməcə əmələ gəlibsə, müalicəsini vaxtında başlamaq lazımdır, yoluxma riskini və fəsadların inkişafının qarşısını almaq üçün – onlardan qurtulmaq çox çətindir1.
Körpələrdə bişməcənin əmələ gəlmə səbəbləri
Bişməcənin əmələ gəlməsinin iki əsas səbəbi var- yüksək rütubət və sürtünmə. Buna görə uşaqlarda dəri qatları daha çox əziyyət çəkir: servikal, gluteal, inguinal, qadınlar da isə- süd vəzilərinin altındakı qatlar. Bu ərazilərdə havanın məhdud olması səbəbindən nəm yığılır, immunitet pozulur və mikrobların çoxalması üçün əlverişli mühit yaranır. Həmişə dəridə olurlar, lakin normal şəraitdə problem yaratmırlar və dərinin qoruyucu funksiyaları zəiflədikdə yoluxucu proseslərə səbəb olurlar. Sürtünmə vəziyyəti daha da ağırlaşdırır: dərinin üst təbəqələri yaralanır, bu da qızartı və şişkinliklə müşayiət olunan iltihabı doğurur2.
Bişməcə körpələrdə dərinin xüsusiyyətlərinə görə əmələ gəlir. Üst buynuz təbəqə hələ də çox incədir, asanlıqla yaralanır və böyüklərdəki kimi xarici təsirlərdən belə etibarlı qorunma təmin etmir. Yetişməmiş piy vəziləri kifayət qədər effektiv işləmir, buna görə də dərinin səthindəki qoruyucu lipid təbəqəsi zəif ifadə olunub. Bu təbəqə su ilə tez-tez təmasda olduğuna görə məhv olur: körpə hər gün çimizdirilir, hər defekasiyadan sonra yuyulur. Sabun lipid qatı zədələyərək, dərinin qoruyucu funksiyalarını azaldır. Mikroblar üçün məhv edici olan turş Ph uşağın dərisində yalnız 2-3 ay ərzində əmələ gəlir, bundan əvvəl qələvi olduğundan körpələrdə bu qorunma faktoru da işləmir1.
Körpə çox vaxtını beşikdə keçirir, qollarını və ayaqlarını tərpədir və başını çevirir. Bu sadə hərəkətlər zamanı uşaq bezi dermatitinə səbəb olmaqla, dəri qatlarında sürtünmə baş verir. Bir tərəfdə yatdığına görə qulaqların arasındakı dəridə də sürtünmə baş verir–bu hissədə yaranan bişməcə yalnız körpələrdə yaranır. Qasıq və sağrı bölgələrində nəcis və sidiklə tez-tez təmasda olması səbəbi ilə dəri iltihabının artması ehtimalı artır, çünki bütün uşaq bezləri dərinin qurumasını təmin edəcək qədər sekresiyanı yaxşı canına çəkmir. Bundan əlavə, sidikdə dərini qıcıqlandıran ammonyak, böyrəklərin bədəndən xaric etdiyi protein maddələr mübadiləsinin normal bir məhsulu var. Nəcisdə həmçinin elə fermentlər var ki, dəri ilə uzun müddət təmasda olduqda ona zərər verir. İfrazatlar qələvi Ph-a sahibdirlər, bu da iltihaba səbəb olur3.
Bişməcənin qarşısının alınması və ona qulluq qaydaları3,4,5
Uşağın dərisinə düzgün qulluq etsəniz, uyğun keyfiyyətli dəriyə qulluq vasitələri və uşaq bezi istifadə etsəniz, bişməcənin əmələ gəlmə ehtimalı əhəmiyyətli dərəcədə azalır. Körpənin dərisini sağlam saxlayacaq bir neçə sadə qayda var:
- Hər defekasiyadan sonra uşağı yumaq və ya dərini təhlükəsiz bitki ekstraktları olan nəm salfetlər ilə təmizləmək lazımdır, lakin spirtsiz və aromatizatorsuz;
- Hər hansı bir su prosedurundan sonra dəri sürtünmədən kağız dəsmal və ya pambıq parça ilə kifayət qədər səliqəli qurudulmalıdır. Kağız dəsmallara üstünlük verilir - onlar daha gigiyenikdir və körpənin dərisinə zərər vermir;
- Bir körpə üçün hava vannaları mütəmadi olaraq təşkil etmək vacibdir. Paltar və uşaq bezlərinin altında bişməcənin əsas səbəbləri qaçılmaz olaraq ortaya çıxır (sürtünmə və rütubət), hava hamamları onların öhdəsindən gəlməyə kömək edir;
- Körpənin dərisini sürtünməkdən qorumuq üçün təbii parçalardan və xarici dikişləri olan paltarları seçmək daha yaxşıdır;
- Yüksək rütubətdən qorunmaq üçün yüksək keyfiyyətli uşaq bezləri istifadə edilməlidir. Onları müntəzəm olaraq dəyişdirmək vacibdir (ən azı hər 2-3 saat və gecə 1 dəfə) - uşaq bezi nəmi yaxşı çəksədə də, qıcıqlanmaya səbəb olan ammiak və digər məhsullar dəriyə təsir göstərəcək;
- Hər dəfə bezi dəyişdirərkən maneə maddələrdən istifadə etməyə dəyər - bunlar əsasən nəcis və sidiklə təmasın qarşısını alan dəri səthində qoruyucu qat yaradan məlhəmlərdir. Uşaq bezinə toxunan bütöv dəriyə kifayət qədər qalın bir qat məlhəm vurulur.
Profilaktika üçün vasitələr
Apteklərdə və uşaq mağazalarında bişməcənin profilaktikası üçün keyfiyyəti və effektivliyi ilə fərqlənən geniş vasitə seçimi təqdim olunur. Almadan əvvəl tərkibini diqqətlə öyrənmək və uşaq üçün təhlükəsiz olduğundan əmin olmaq lazımdır. İncə körpə dərisi böyüklərə nisbətən daha çox keçiricidir, buna görə yalnız ona uyğun məhsullar istifadə etmək çox vacibdir. Onların tərkibində paraben, sintetik konservantlar, aromatizatorlar və rəng verən maddələrin olmaması məsləhət görülür1.
Dərinin həddindən artıq nəmliyi ilə mübarizə aparmaq üçün, çimən zaman suya bəzi otların həlimlərini qatmaq və ya kalium permanganatın zəif bir məhlulunu istifadə etmək olar. Palıd qabığı dərini qurudaraq qoruyucu xüsusiyyətlərini stimullaşdırır, çobanyastığı, dəmrovotu və gicitkən isə iltihab əleyhinə təsir göstərir. Lazımlı olan otları apteklərdən əldə etmək olar. Otların allergiyaya səbəb ola biləcəyini nəzərə alaraq, çimməkdən əvvəl bir test aparmaq tövsiyə olunur: dərinin bir bölgəsinə otlardan hazırlanmış həlimi çəkin və gözləyin- qızartı görünsə, istifadə etmək lazım deyil. Hər ot bitkisini ayrıca istifadə etmək daha yaxşıdır, bitki qarışığı vəziyyətində reaksiyanın hansı komponent tərəfindən inkişaf etdiyini müəyyən etmək çətin olacaq6.
Dərinin yüksək nəmliyi ilə mübarizə aparmaq üçün tez-tez mineral və ya bitki mənşəli toz maddələrin qarışığı olan pudralar istifadə olunur. Pudraların əsas komponentləri kartof, düyü və ya qarğıdalıdan alınan talk və ya nişastadır6. Bəzən pudralara bitki mənşəli ekstraktlar əlavə olunur5. Üstəlik, pudralar dərinin qatlarında tez bir zamanda toplanır, dərinin qalan hissəsi isə nəm olur.
Buna görə pediatrlar getdikcə körpə üçün təhlükəsizliyi və çoxsaylı müsbət təsirləri olan məlhəm formalarına üstünlük verməyi tövsiyə edirlər. Beləliklə, bu cür vasitələr3:
- Nəmdən və digər zərər verən amillərdən qorunmaq üçün dəri səthində bir təbəqə yaradır;
- Dərini nəmləndirir və qidalandırır, xarici təsirlərə qarşı müqaviməti artırır;
- Sürtünməni azaldaraq dərini hamar edin.
Uşaq bezi altından istifadə olunan vasitələr, havanın nüfuz etməsinə mane olmamaqla, dəri və ətraf mühit arasında etibarlı bir maneə yaradır. Tərkiblərinə provitamin B5 (dekspantenol) daxil olan kremlər və məlhəmlər yaxşı qoruyucu təsir göstərirlər. Dəriyə nüfuz edən bu komponent pantotenik turşuya (B5 vitamini) çevrilir. Təmiz haldapantotenik turşu dərmanlarda praktiki olaraq istifadə edilmir, çünki dayanıqlı deyil, bədəndə asanlıqla dağılır və dəriyə zəif şəkildə nüfuz edir7.
- Dəridə B5 vitamini aşağıdakı funksiyaları yerinə yetirir:
- Hüceyrə bölgüsünü stimullaşdırır, dərinin üst qatını (epidermis) bərpa edir və xəsarətlərin təbii sağalmasını sürətləndirir;
- Dərinin qoruyucu xüsusiyyətlərini artıraraq metabolik prosesləri sürətləndirir;
- İltihabla mübarizə aparır;
- Lipidlərin meydana gəlməsini artırır, onlarda öz növbəsində dərinin səthində qoruyucu bir lipid təbəqəsi yaradır;
- Dərini elastik və yumşaq edir.
Yüksək keyfiyyətli maneə məhsullarında boya, sintetik konservantlar və uşaq, xüsusilə də yeni doğulmuş körpələr üçün təhlükəli olan digər maddələr yoxdur. Təbii hipoalerqen tərkibə malik olan bu cür məhsullar, yeni doğulmuş körpələrdə bişməcənin qarşısını almaq üçün uygundur1.
Sınanmış bir maneə vasitəsinin nümunəsi, təbii lanolinin çox olması səbəbindən dərinin səthində sıx bir qoruyucu təbəqə yaradan və nəfəs almağa mane olmayan Bepanten (Bepanthen®) məlhəmidir1.
Bepanten məlhəmi həm profilaktik olaraq (körpənin sağlam dərisinə), həm də müalicəvi məqsədlər üçün (nəzərəçarpan qızartı olan dəridə) istifadə edilə bilər. Bu, dərinin qoruyucu funksiyasını və təbii bərpasını stimullaşdıran təbii maddələr sayəsində mümkündür1.
Simptomlar artarsa və qıcıqlanma inkişaf edərsə, həkimə müraciət etmək lazımdır. Səhhətin pisləşməsi yoluxucu ağırlaşmaların inkişafı ilə əlaqəli ola bilər, çox vaxt ciddi şəkildə davam edir və ciddi müalicə tələb edir. Bu problemlərin qarşısını almaq üçün, bişməcənin qarşısının alınması üçün tövsiyələrə əməl etmək və mütəmadi olaraq Bepanten məlhəmindən istifadə etmək vacibdir2.
1. Vasilyevski İ.V. Yenidoğulmuşlarda və körpələrdə dəri baxımının optimallaşdırılması / Beynəlxalq araşdırmalar: klinik təcrübə və sağlamlıq, 2015, №1, s. 5-18.
2. Kotlukov V.K., Kuzmenko L.Q., Anripova N.V. "Bepanten" xaricə qəbul üçün dermatoloji vasitələr pediatrın təcübəsində // Tibbi şura. - 2012. - № 5. – s. 81-85.
3. Zaxarova İ.N., Pşeniçnikova İ.İ., Maçneva Y.B. Yenidoğulmuşların və erkən yaşlı uşaqların dərisinə düzgün baxım: pediatr nəyi bilməlidir. Consilium Medicum. Pediatriya (Əlavə). 2016; 1.
4. Bokova T.A., Maslikova Q.V. Uşaqlarda bələk (uşaq bezi) dermatiti - "PEDİATR TƏRCÜBƏSİ" profilaktikaya və müalicəyə yanaşma; sentyabr; 2016; səh. 42-44
5. Federal klinik tövsiyələr. Dermatovenerologiya 2015: Dəri xəstəlikləri. Cinsi yolla ötürülən infeksiyalar. — 5-ci buraxılış, təkrar işləmə və əlavə — М.: İşgüzar ekspress, 2016. — s. 341.
6. Ujeqov Q. N. Rəsmi və xalq təbabəti. Ən ətraflı ensiklopediya. — M.: Eksmo nəşriyyat, 2012. — s. 390-391.
7. Tliş M.M. Dermatologiyada xarici terapiya»: tədris- metodiki vəsait, Krasnodar, Kuban Dövlət Tibb Universiteti APT DBTM Rusiya Səhiyyə və sosial inkişaf nazirliyi, 2011. – 33 s
8. Ebner F., Heller A, Rippke F, Tausch I. Dəri xəstəlikləri zamanı dekspantenolun yerli tətbiqi. Am J Clin Dermatol. 2002;3(6):427-33.