Bepantenin yenidoğulmuşlar üçün istifadə edilməsi

Mündəricat:

  • Bişməcə nədir və onlar niyə əmələ gəlir?
  • Bepanten: yenidoğulmuşlar üçün istifadə
  • Körpələrdə bişməcə olduğu zaman Bepanten məlhəminin düzgün istifadəsi necə olmalıdır?
  • Bepanten kremindən və məlhəmindən başqa nə vaxt istifadə etmək olar?

Bir çox halda, yenidoğulmuş körpələrin anaları bişməcə problemi ilə üz-üzə qalır. Bişməcə əmələ gəldiyi zaman dəriyə düzgün qulluq etmək lazımdır, çünki ağrı verən səpkilər körpəni narahat edə bilər. Bundan əlavə, düzgün qulluq təmin edildiyi halda, bişməcə ümumiyyətlə əmələ gəlməyə və ya nadir hallarda əmələ gələ bilər.

Bişməcə nədir və onlar niyə əmələ gəlir?

Yenidoğulmuş uşaqların dərisi zərif və həssas olur, onun baryer və qoruyucu funksiyaları isə hələ axıra kimi formalaşmayıb. Bununla əlaqədar olaraq, körpənin dəri örtüyü aşağıda qeyd olunan amillərin təsirinə çox həssasdır:

  • Mexaniki amillər (uşaq bezinə, paltara sürtünmə).
  • Kimyəvi amillər (sidik və nəcislə təmas).
  • Fiziki amillər (yüksək nəmlilik və həddindən çox isinmə).

Bu səbəblərdən istənilən biri bişməcənin (bələk dermatitinin) – dərinin qızarmasının və yerli ödemliliyinin yaranmasına səbəb ola bilər. Uşağa vaxtında yardım göstərilməsə, qızartı güclənəcək, dərinin üzərində çatlar və eroziyalar əmələ gələ bilər. Bələk dermatiti yanma və qaşınma ilə müşayiət oluna bilər, buna görə körpə yeməsi və yatması pis ola bilər, uşaq tez-tez ağlaya bilər.
Bişməcənin müalicəsi üçün hansı vasitəni seçmək lazımdır? Onların yaranmasının qarşısının almaq üçün nə etmək lazımdır?

Bepanten: yenidoğulmuşlar üçün istifadə edilməsi

Körpənin dərisinin sağalmasını effektiv şəkildə stimullaşdırmağa dekspantenol – B5 provitamini əsaslı vasitələr kömək edir. Bepanten məhsulları xəttində körpə uşaqlar üçün iki preparat təqdim edilib: krem və məlhəm. Hər iki vasitənin tərkibində eyni təsiredici maddənin olmasına baxmayaraq, onların xüsusiyyətləri və xarakteristikaları müxtəlifdir.

Yenidoğulmuşlar üçün hansı Bepanten daha yaxşıdır və onlardan hansını seçmək lazımdır?

Yüngül quruluşu və yumşaq konsistensiyası sayəsində, krem çox tez bir zamanda dəri örtüyü səthindən sorulur, onu nəmləndirir və yumşaldır. Təlimata əsasən, krem quru və həssas dəriyə baxım məqsədilə istifadə olunur. Bundan əlavə, yenidoğulmuşlar üçün Bepanten kremini hər gün dəri quruluğunun profilaktikası və müalicəsi, zərif uşaq dərisinin nəmləndirilməsi üçün istifadə etmək olar.

Bələk dermatitinin profilaktikası və müalicəsi üçün, adətən, daha qatı və yağlı məlhəm işə yarayır. Onun tərkibindəki B5 provitamini təbii sağalma proseslərini stimullaşdırır, zədələnmə nahiyəsində maddələr mübadiləsini normallaşdırır, habelə, mülayim iltihab əleyhinə təsir göstərir.

Bundan əlavə, yenidoğulmuşlar üçün Bepanten məlhəmi, tərkibində yüksək miqdarda təbii lanolinin olması sayəsində, qoruyucu funksiyanı yerinə yetirir. Vasitə vurulduğu zaman özünəməxsus nəfəs alan baryer yaranır ki, bu baryer qıcıqlandırıcılara (sidiyə, tərə, nəcisə) körpənin zərif dərisini zədələməyə imkan vermir. Eyni zamanda, bu cür müdafiə dərinin nəfəs almasına maneçilik törətmir ki, bu da məlhəmi ilin istənilən fəslində istifadə etməyə imkan verir.

Anaların çoxunu belə bir sual maraqlandırır: yenidoğulmuşa, dərisi çox həssas olduğu halda, Bepanten vurmaq olarmı? Bepanten kreminə və məlhəminə allergiyaya nadir hallarda rast gəlmək olar. Hər iki vasitə kliniki tədqiqatlardan keçib, əlverişli təhlükəsizlik profilinə malikdir və gündəlik istifadə üçün yararlıdır.

Körpələrdə bişməcə olduğu zaman Bepanten məlhəminin düzgün istifadəsi necə olmalıdır?

Bələk dermatiti əlamətləri əmələ gəldiyi zaman məlhəm hər dəfə uşaq bezi dəyişdirildiyi zaman, nazik təbəqə şəklində dərinin zədələnmiş nahiyəsinə vurulur. Məlhəmin vurulduğu nahiyə təmiz və quru olmalıdır. Bepanten məlhəmini bişməcənin profilaktikası məqsədilə də istifadə etmək olar. Bunun üçün, onu gün ərzində, hər uşaq bezi dəyişdirildiyi zaman, vururlar. Yenidoğulmuşda bişməcə əmələ gəldiyi zaman ana, xaricə qəbul üçün vasitələrdən əlavə, digər sadə qaydaları da rəhbər tutmalıdır:

  • Uşaq bezini vaxtında dəyişməlidir.
  • Hər ayaqyoluna apardıqdan sonra, körpəni yumalıdır.
  • Su ilə təmasdan sonra zədələnmiş dərini yumşaq dəsmalla qurulamaq.

Bundan əlavə, tez-tez uşaq üçün hava vannaları təşkil etmək lazımdır, bu zaman zədələnmiş dəri daha tez sağalır.

Bepanten kremindən və məlhəmindən başqa nə vaxt istifadə etmək olar?

Körpənin yanaqlarının dərisi adətən quru olur və qabıq qoyur. Yenidoğulmuşların üçün Bepanten üz kremini həm simptomun profilaktikası üçün, həm də onun müalicəsi üçün istifadə etmək olar.

Dəri problemlərindən əlavə, yenidoğulmuşların anaları həmçinin tez-tez daha bir xoşagəlməz hadisə ilə qarşılaşırlar – döş gilələrinin ağrı verən çatları. Onlar əmələ gəldiyi zaman uşağın əmizdirmək əzabverici dərəcədə çətinləşir. Döş gilələri çatlarının profilaktikası və müalicəsi üçün Bepanten məlhəmi döş gilələrinə hər uşaq əmizdirildikdən sonra vurulur. Uşağı təkrar əmizdirməzdən öncə, vasitənin qalıqlarını yumaq zəruridir.

Yenidoğulmuş uşağa düzgün baxım bişməcənin və həm körpəyə, həm də onun valideynlərinə narahatlıq verəcək digər xoşagəlməz dermatoloji problemlərin əmələ gəlməsi barədə xəbərdar olmağa imkan verəcək. Baxım vasitələrini seçərkən, keyfiyyətli və özünü yaxşı tərəfdən göstərmiş məhsullara üstünlük verin.