Bişməcənin müalicəsi

 

Məzmun cədvəli:

  • Körpələrdə bişməcənin diaqnostikası
  • Bişməcələrin ağırlıq dərəcələri və inkişaf mərhələləri
  • Mümkün olan fəsadlar
  • Bişməcəni necə müalicə etmək olar
  • Fəsadların müalicəsi
 
Körpələrdə bişməcənin diaqnostikası

Bişməcə "uşaq bezi dermatiti" adlandırılması boş yerə deyil - əksər hallarda onlar yeni doğulmuş və körpələrdə rast gəlinir. Bu dərinin xüsusiyyətləri ilə əlaqədardı: böyüklərdə orqanizmi xarici təsirlərdən etibarlı şəkildə qoruyan xarici buynuz qatı, uşaqlarda çox incədir və nəticədə mikrotravma və iltihab daha asanlıqla əmələ gəlir. Bundan əlavə, uşaqlarda piy vəziləri hələ də yetişməmişdir və dərinin pH-ı cəmi 3 aya qədər sabitləşir - buna görə düzgün qayğı ilə belə asanlıqla iltihab ocaqları yaranır. Bişməcənin yaranma səbəbləri körpənin həyat tərzi ilə də əlaqədardır: yuyucu vasitələrlə tez-tez çimmək qoruyucu funksiyanı yerinə yetirən dərinin lipid təbəqəsini məhv edir və uşaq bezi istifadə edərkən nəmlə qaçılmaz təmas iltihablı proseslərin inkişafı üçün əlverişli şərait yaradır1.

Bişməcə körpələrdə narahaylıq hissi yaradır və rifahın pozulmasına da səbəb ola bilər. Müalicə olmadan, həqiqətən ciddi bir problemə çevrilən yoluxucu fəsadların yaranması mümkündür. Buna görə dəridəki dəyişikliklərin onlarla əlaqəli olduğundan əmin olaraq bişməcəni vaxtında görmək və müalicəyə başlamaq çox vacibdir1.

Körpələrdə bişməcənin diaqnostikas

Bişməcəni aşkar etmək çətin deyil: körpəni çimizdirdikdən sonra, valideynlərə xarakterik qızartı hiss etmək üçün körpənin dərisini daim diqqətlə araşdırmaq tövsiyə olunur. Ancaq dəridəki dəyişikliklər müxtəlif səbəblərdən meydana gələ bilər, bəzi hallarda diaqnoz və düzgün müalicə üçün həkim köməyi tələb olunur.

Bişməcələrin fərqli əlamətləri1,2:

Körpələrdə bişməcənin diaqnostikası
  • Bədəndə yerləşməsi
    Bişməcə ümumiyyətlə dəri qatlarında (qoltuqaltında, qasıqda, sağrı aralarında), yəni sürtünmə və yüksək nəmlik olduğu yerlərdə görünür. Körpənin cinsi ilə əlaqəli olaraq fərqlər var - bunlar qasıq bölgəyə aiddir: oğlanlarda bişməcə tez-tez scrotum-da, qızlarda – ayaqları arasında yaranır. Üzdə, qollarda, ayaqlarda olan qızartıların, ümumiyyətlə fərqli yaranma səbəbləri var.
    Xarici görünüşü
  • Bişməcə ilkin mərhələlərdə, dərinin qalan hissəsinin səthindən bir qədər yuxarı qalxaraq, aydın sərhədləri olmayan qızartı (hiperemiya) yeridir. Rəngin intensivliyi - çəhrayıdan parlaq qırmızıya və hətta tünd göy rəngə qədər, bu ağırlıq dərəcəsindən asılıdır. Infeksiya olan zaman, qızarmamış ərazinin səthində nəm, çatlar, irin və səpki yaranır. Bu təzahürlər körpəyə fiziki narahatlıq verir, çünki ağrı və qaşınma ilə müşayiət olunur.
  • Elementlərin yaranma sürəti və ardıcıllığı
    İrin və xoralar daha sonra yaranır. Uşağın təmiz, qızarmamış dərisinin üzərində səpki elementləri varsa - bu bişməcə deyil. Bəzən qızartılar, o cümlədən qatlarda, kəskin allergik reaksiyalarla əlaqələndirilir, lakin bu vəziyyətdə dəridə ləkələr tez görünür, ölçüsü böyüyür və bir-biri ilə birləşir.

Egər valideynlərdə şübhə yaranırsa, pediatrla məsləhətləşmək daha yaxşıdır.

Bişməcələrin ağırlıq dərəcələri və inkişaf mərhələləri1,2

  • 1-ci dərəcə: sahəsi kiçik, az qızartı.
  • 2-ci dərəcə: dərinin səthində qızartı, eroziya və çatlar görünür.
  • 3-cü dərəcə: yaraların, irinlərin əmələ gəlməsi, iltihablı bölgə parlaq qırmızıdır, səthində nəmlik yaranır, uşağın ümumi vəziyyəti pozulur - yaxşı yatmır, ağrı və qaşınma səbəbindən yaramaz olur.

İlkin mərhələlərdə bişməcəni fəsadların inkişafını gözləmədən müstəqil şəkildə müalicə etmək olar. 3-cü dərəcəli ağırlıqda mütəxəssis köməyi zəruridir.

Mümkün olan fəsadlar1,2

Bişməcənin fəsadları həmişə infeksiya ilə əlaqələndirilir. İltihab bölgəsində immunitet zəifləyir, və ümumiyyətlə problem yaratmayan mikroorqanizmlər aktiv şəkildə çoxalmağa başlayır. Adətən irinli fəsadların səbəbi dərinin sakinləri - streptokoklar olur. Ən populyar ikinci yoluxucu agent – Candida cinsinin göbələkləridir. Fəsadlarla iltihablı bölgə daha parlaq olur, aydın sərhədlər əldə edir, şişkinlik artır. Səthdə mikroçatlar və yaralar, irinli (sarımtıl) və ya göbələk ərpli eroziya əmələ gəlir. Bakterial infeksiya zamanı bişməcənin ətrafında tez-tez irinli səpki yaranır. Fəsadlar qaşınma və yanma, bəzən bədən istiliyinin artması ilə nəticələnir, buna görə uşaq narahat olur, tez-tez ağlayır, pis yatır və yeyir.

Mümkün olan fəsadlar

Bişməcəni necə müalicə etmək olar1-3

Bişməcənin müalicəsi nə qədər tez başlasa, bir o qədər uğurlu olacaqdır. İlkin mərhələlərdə simptomlar yalnız 2-3 gün ərzində yox olur, yoluxucu fəsadların müalicəsi nadir hallarda antibiotiklər və ya göbələyə qarşı dərmanlar kursu olmadan keçmir. Buna görə, artıq qızartı yaranan kimi bişməcəni müalicə etmək çox vacibdir.

Bişməcənin 1-2 mərhələsinin müalicəsi- ilk növbədə düzgün qulluq və gigiyenadır.

  • Mütəmadi olaraq bezləri dəyişdirmək lazımdır;
  • Hər defekasiyadan sonra uşaq yuyulmalıdır;
  • Su ilə təmasdan sonra dərini tekstil və ya kağız dəsmal ilə sürtmədən qurudun;
  • Su prosedurlarından dərhal sonra körpəni geyindirmək lazım deyil: hava hamamları bişməcənin qarşısını almaq üçün vacibdir;
  • Dərinin qoruyucu xüsusiyyətlərini artırmaq və yaraların sağalmasını sürətləndirmək üçün dəri qatlarına xüsusi krem və ya məlhəm tətbiq etmək lazımdır.

Düzgün qulluq zamanı körpələrdə yaranan bişməcə paltar, uşaq bezi, kosmetik vasitələrin - sabun, gel, krem, yuyucu məhsulların keyfiyyəti ilə əlaqələndirilə bilər. Körpə üçün geyim təbii parçalardan, incə dərisini sürtməmələri üçün xarici tikişlərlə seçmək məsləhət görülür. Bişməcənin qarşısını almaq üçün xüsusi vasitələrdən istifadə etmək olar, hər dəfə bezi dəyişdirərkən təmiz, quru dəriyə tətbiq etmək tövsiyə olunur.

Bişməcənin ilk əlamətləri görünən kimi müalicə etməyə başlamaq lazımdır. İltihab səbəbiylə dəri səthində maye əmələ gəlirsə, bununla mübarizə aparmaq üçün bir neçə yol var:

Çimərkən suya qurudulmuş otlardan (palıd qabığı, çobanyastığı) və ya kalium permanganatın zəif məhlulunu əlavə etmək. Otlar iltihabı və onun səbəb olduğu nəmi dəri səthinə yığılmasını dayandırmağa kömək edir. Otların allergik reaksiyalara səbəb ola biləcəyini xatırlamaq vacibdir, buna görə əvvəlcə test etmək daha yaxşıdır - dərinin kiçik bir hissəsinə ot həlimini tətbiq edin.

Uşaqların dərisinə qulluq etmək üçün spirt tərkibli məhsullardan (losyonlar, yod, brilliant yaşılı) çox diqqətlə istifadə etmək vacibdir, bunlar da dərini qurudur - bəzi körpələrdə yanıqlara səbəb olurlar.

Nəm olan hissələrdə tozların istifadəsi tövsiyə edilmir.

Dəri qurudursa, nəmləndirici vasitələrdən istifadə etmək lazımdır. Dəri asanlıqla kremləri özünə çəkir və profilaktik istifadə üçün uyğundurlar, amma yağlı məlhəmlər nəmi saxlamağa imkan verən qat əmələ gətirir.

Bişməcənin müalicəsi üçün optimal bir vasitə nümunəsi Bepanten məlhəmidir. Tərkibində bir anda bir neçə funksiyanı yerinə yetirən yüksək konsentrasiyalı lanolin4 ilə birlikdə Provitamin B5 ehtiva edir. Lanolin dərinin səthində etibarlı bir qoruyucu təbəqə yaradır, dərinin nəfəs almasını təmin edərkən nəm və digər qıcıqlandırıcı amillərlə təmasına mane olur. Orada Provitamin B5 maddələr mübadiləsini və hüceyrə bölgüsünü, yəni dərinin yenilənməsini və bərpasını stimullaşdıran pantoten turşusuna çevrilir. Pantoten turşusu körpənin zərif dərisi üçün çox vacib olan dəri gücünü artıraraq kollagen liflərini də gücləndirir3.

Bepanten məlhəmində qoruyucu maddələr və parabenlər yoxdur, buna görə körpələr üçün uyğundur. Hipoallergen tərkib, bu vasitəni vaxtından əvvəl doğulan körpələrin həssas dərilərində də istifadə etməyə imkan verir1,2.

Qatı konsistensiyaya malik məlhəm formalar nisbətən daha uzun müddətə dəriyə hopur, buna görə də daha uzun və yaxşı təsir göstərir. Bepanten məlhəminin istifadəsi bişməcənin, iltihabın öhdəsindən gəlməyə və dərini təbii şəkildə bərpa etməyə kömək edir. Bişməcənin qarşısını almaq üçün, Bepanten məlhəminin müntəzəm istifadəsi tövsiyə olunur - məsələn, hər dəfə bez dəyişdirildikdə1,2.

Fəsadların müalicəsi1-3

Xüsusi vasitələrdən istifadə edərkən, bişməcəni aradan qaldırmaq üçün 1-2 gün kifayətdir. Bişməcə 2-3 gün ərzində getməzsə, simptomlar artarsa, vəziyyətinin pisləşməsi qeyd olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.

Fəsadların müalicəsi

Yoluxucu fəsadların müalicə üsulları patogendən və ağırlıq dərəcəsindən asılıdır. Yuxarıda sadalanan gigiyena qaydalarına riayət etməklə yanaşı, patogenə qarşı spesifik terapiya tələb olunur: bakterial fəsadlar üçün - antibiotiklər, göbələk fəsadları zamanı – göbələk əlehinə vasitələr. Onlar ümumiyyətlə xarici istifadə üçün nəzərdə tutulur, lakin xəstəliyin ağır vəziyyətlərində tablet və ya iynə tələb oluna bilər. İrinli elementləri antiseptiklərlə müalicə etmək tövsiyə olunur - məsələn, brilliant yaşılın (spirt yox) sulu məhlulu ilə. Güclü iltihab zamanı "ağır artilleriya" - hormonal məlhəmlərdən istifadə edilır.

İltihablı dərinin görünüşündən təcrübəli həkim bakteriya və ya göbələklərin səbəb olduğunu müəyyənləşdirəcək və müvafiq müalicəni təyin edəcək. Bəzən düzgün dərman seçmək üçün həkim dərinin səthindən nümunə götürür, sonra laboratoriyada infeksiyanın patogenini, həmçinin dərmanlara həssaslığını təyin edirlər.

Bişməcə sağlam və hətta düzgün qulluq olunan körpələrdə də yarana biləcəyini anlamaq vacibdir - körpələrin dəri quruluşunun fizioloji xüsusiyyətləri onların əmələ gəlməsinə səbəb olur. Bez dermatiti riskini azaltmaq üçün gigiyena qaydalarına əməl etmək, uyğun təhlükəsiz qulluq məhsulları seçmək və profilaktik məqsədlər üçün xüsusi məlhəmlərdən istifadə etmək lazımdır.

1. Василевский И.В. Оптимизация ухода за кожей у новорожденных и детей грудного возраста // Международные обзоры: клиническая практика и здоровье. - 2015. - №1. - с.5-18.

2. Захарова И.Н., Пшеничникова И.И., Мачнева Е.Б. Правильный уход за кожей новорожденных и детей раннего возраста: что нужно знать педиатру. Consilium Medicum. Педиатрия (Прил.). 2016; 1.

3. Круглова Л.С., Жукова О.В. Профилактические мероприятия при пеленочном дерматите // Клиническая дерматология и венерология. – 2014. - №3. – с.77-81.

4. Вспомогательный компонент в составе основы.